Döngəyə sürətlə girən motosiklet sürücüsü körpüdən aşdı - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Döngəyə sürətlə girən motosiklet sürücüsü körpüdən aşdı - VİDEO

16:24 - 12 / 05 / 2020
Döngəyə sürətlə girən motosiklet sürücüsü körpüdən aşdı - VİDEO

Kanadada hərəkətdə olan motosikletçinin körpüdən düşməsi təhlükəsizlik kamerası tərəfindən görüntülənib.

1news.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Monreal şəhəri yaxınlığında qeydə alınıb. 

Yük maşınının video qeydiyyatına düşən kadrlarda motosikletçinin yüksək sürətlə hərəkət etdiyi və bu zaman döngədə sükan idarəetməsinin itirdiyi görülür. Ardınca iki təkərli nəqliyyat vasitəsi beton arakəsmələrə çırpılır, sürücü isə körpüdən aşağı düşür.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan motosikletçiyə ilk tibbi yardımı hadisə şahidi ilə polis əməkdaşları göstərib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükənin olmadığı bildirilib.

Polisin araşdırması zamanı müəyyən edilib ki, motosikletçinin nə sürücülük vəsiqəsi, nə də ki motosikleti qeydiyyatda olub.

1news.az

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər