AZAL: 188 soydaşımız çarter reysi ilə Berlindən Bakıya gətirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL: 188 soydaşımız çarter reysi ilə Berlindən Bakıya gətirilib – FOTO

21:34 - 19 / 05 / 2020
AZAL: 188 soydaşımız çarter reysi ilə Berlindən Bakıya gətirilib – FOTO

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 19 may tarixində Berlindən Bakıya çarter reysi yerinə yetirilib.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Mətbuat xidmətindən 1news.az-a bildirilib ki, həmin reyslə 188 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

S.Xankişiyeva

 
Paylaş:
1532

Son xəbərlər

Bütün xəbərlər