Putin vətəndaşların Rusiya və Azərbaycan sərhədini keçməsi üçün tədbirlər görülməsini tapşırıb | 1news.az | Xəbərlər
Dünya

Putin vətəndaşların Rusiya və Azərbaycan sərhədini keçməsi üçün tədbirlər görülməsini tapşırıb

20:50 - 20 / 05 / 2020
Putin vətəndaşların Rusiya və Azərbaycan sərhədini keçməsi üçün tədbirlər görülməsini tapşırıb

Rusiya Prezidenti Vladimir Putin  Rusiyanın müvafiq orqanlarına 31 maya qədər operativ olaraq Azərbaycanın səlahiyyətli orqanları ilə iki ölkənin vətəndaşlarının koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər şəraitində Rusiya-Azərbaycan sərhədini keçməsi ilə bağlı mexanizm yaratmağı tapşırıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Kreml mətbuat xidməti məlumat yayıb.

Putin Dağıstan rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşdən sonra belə bir tapşırıq verib. Tapşırığa əsasən, Rusiya Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Rospotrebnadzor Dağıstan Respublikası hökumətinin iştirakı ilə Azərbaycanın səlahiyyətli orqanları ilə iki ölkənin vətəndaşlarının Rusiya-Azərbaycan sərhədini keçməsi ilə bağlı mexanizm yaratmalıdırlar. Bu zaman Rusiya əhalisinin sanitar-epidemioloji sağlamlığının qorunması təmin edilməlidir.

V.Putinə bu məsələ ilə bağlı 31 may 2020-ci ilə qədər hesabat təqdim edilməlidir.

S.Xankişiyeva

 

Paylaş:
873

Son xəbərlər

Bütün xəbərlər