Azay Quliyev: AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur | 1news.az | Xəbərlər
Siyasət

Azay Quliyev: AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur

18:36 - 27 / 05 / 2020
Azay Quliyev: AİHM-in qərarı erməni “təbliğat maşını”nın növbəti fiaskosudur

Məlum olduğu kimi, 26 may 2020-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun 2004-cü ildə Budapeştdə bir erməni zabitini öldürməsi və digərini öldürməyə cəhd etməsi ilə əlaqədar Ermənistanın təmsilçiləri olan "Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı" işi üzrə qərar qəbul etdi.

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan "təbliğat maşını"nın növbəti fiaskosudur. Belə ki, Ermənistanın AİHM-dən siyasi maraqlarına uyğun istifadə etmək, bu quruma təzyiq göstərərək Azərbaycanın əleyhinə qərar qəbuluna nail olmaq və sonra bu qərarı münaqişə kontekstində bizə qarşı çevirmək niyyətilə açdığı məhkəmə davası işğalçı ölkənin gözləntilərini doğrultmadı.

Ən vacibi isə:

Ermənistan tərəfinin tələb və iddialarının əksinə olaraq törədilən əmələ görə Azərbaycanın hər hansı bir formada beynəlxalq və ya hüquqi məsuliyyət daşımadığı Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən birmənalı qeyd edildi. Ermənistanın ölkəmizə qarşı açdığı məhkəmə davasının əsas məqsədlərindən birinin məhz bu olduğunu nəzərə alsaq, bu əsassız iddianın AİHM tərəfindən haqlı olaraq rədd edilməsi xüsusilə təqdir olunmalıdır. AİHM Ramil Səfərovun Macarıstandan Azərbaycana təhvil verilməsində hər hansı bir qanun pozuntusu və ya beynəlxalq öhdəliyə əməl edilməməsi halı aşkarlamadı. Bu da çox ciddi məsələdir, çünki Ermənistan hər zaman Macarıstanı məhz bu məsələyə görə haqsız olaraq ittiham edirdi. Düşünürəm ki, Ermənistan bundan sonra Macarıstana qarşı istifadə etdiyi bu "arqument"dən imtina etməli olacaqdır. AHİM Ramil Səfərova qarşı cinayət işinin yenidən açılması və ya əfv qərarının ləğv edilməsi ilə bağlı Ermənistan tərəfininin əsassız tələbini də rədd etdi. Hesab edirəm ki, bu tələbin yerinə yetirilməsi Ermənistanın əsas məqsədləri sırasında xüsusi yerə malik idi və məhkəmənin bu iddianın əsassız olduğunu sübut etməsi işğalçı ölkəni xeyli məyus etdi.

Bir müsbət məqam da ondan ibarətdir ki, AİHM öz qərarında vurğulayır ki, Azərbaycan tərəfi məhkəmə ilə yaxından əməkdaşlıq edərək lazım olan bütün sənədləri və məlumatları vaxtında məhkəməyə təqdim etmişdir. Bu da Azərbaycanın prosesə nə qədər şəffaf yanaşdığını göstərir.

Burada bir məqama da toxunmaq istərdim ki, məhkəmə qərarında Azərbaycanın qarşı tərəfə hər-hansı bir formada maddi təzminat ödəməsindən söhbət getmir. Burada yalnız məhkəmə praktikasına uyğun olaraq erməni tərəfinin Britaniyadan cəlb etdiyi ingilis vəkillərinin xərclərinin (15 min 143,33 funt sterlinq) Azərbaycan tərəfindən ödənilməsi haqqında müddəa var ki, bu da qeyd etdiyim kimi beynəlxalq məhkəmə praktikasına tam uyğundur.

Bu qərarın Ermənistanın siyasi həyatına, siyasi rəhbərliyinin mənəvi-psixoloji vəziyyətinə təsirini tam anlamaq üçün son üç ayın hadisələrinə bir daha qısa nəzər salmaq lazımdır:

Bu ilin fevral ayında Münxen Təhlükəsizlik Konfransında münaqişə tarixində ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərləri açıq debatda üz-üzə gəldilər. Bu açıq "qarşıdurma"da Azərbaycan Prezidenti cənab İlham Əliyev ciddi və əsaslandırılmış arqumentləri ilə Ermənistanın baş naziri Nikol Paşinyanı darmadağın edərək onu rəzil və çarəsiz vəziyyətə saldı. İnanıram ki, bu biabırçılığı Paşinyan və erməni siyasətçiləri hələ uzun müddət xatırlayacaqlar. Bu ilin martın 31-də Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qondarma rejim üçün keçirilən "seçkilər" indiyə qədər müşahidə olunmayan birlik və həmrəyliklə beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edildi və "seçkilər" qeyri-legitim, heç bir hüquqi və siyasi nəticəsi olmayan qanunsuz akt adlandırıldı. Beynəlxalq ictimaiyyətin belə sərt və prinsipial mövqeyi Ermənistanın və dünya ermənizminin Qarabağın Azərbaycandan qopardılması və müstəqil dövlətə çevrilmişi istiqamətində 30 ildən çox müddətdə apardığı siyasətin və etdiyi bütün səylərin üstündən qara bir xətt çəkmiş oldu.

Bu, heç şübhəsiz ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın diplomatik və siyasi sahədə əldə etdiyi çox böyük uğur, Ermənistanın isə danılmaz məğlubiyyəti idi. Ermənistanın baş naziri faşistlərə xidmət etmiş və onların tərəfində vuruşaraq on minlərlə günahsız insanı öldürmüş Qaragen Nijdedən, o cümlədən hitlerçi babası Nikol Paşinyandan diqqəti yayındırmaq və ölkəmizə qarşı uydurma "əks-arqument"lə çıxış etmək üçün gülməli bir fəndə əl atdı, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadəni faşist Almaniyası ilə əməkdaşlıqda ittiham etdi. Bu cəhd də öz nəticəsini vermədi - əksinə, onun babasının o dövrdə faşist Almaniyasına xidmət etməsi, elə daxildə, Ermənistanın siyasi və ictimai fəalları tərəfindən ifşa edildi. Paşinyanın Azərbaycanın dəyərli övladlarından və dövlət xadimlərindən olan Məhəmməd Əmin Rəsulzadəyə qarşı təşkil etdiyi yalan və iftira mexanizmi işə düşmədən uğursuzluğa düçar oldu.

Son 3 ayda Ermənistanın məruz qaldığı ifşa və uğursuzluqlara əlavə olaraq AİHM-in belə bir qərar qəbul etməsi, heç sübhəsiz ki yalan üzərində qurulmuş erməni təbliğatının təsirini daha da heçə endirdi.

Azay Quliyev

Milli Məclisin deputatı

Paylaş:
488

Son xəbərlər

“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda Beynəlxalq elmi-praktik konfransı keçiriləcək05 / 08 / 2021, 18:41Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb05 / 08 / 2021, 18:07“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya” ilə əlaqədar Komissiyanın ilk iclası keçirilib - FOTO05 / 08 / 2021, 17:56Oranqutan internetin ulduzuna çevrildi - VİDEO05 / 08 / 2021, 17:41Ağsu və Şamaxıdakı yanğın söndürülüb – YENİLƏNİB05 / 08 / 2021, 17:38ABB təmassız ödəniş imkanlarını genişləndirir!05 / 08 / 2021, 17:35“Kubinka”da gənclərə narkotik satan Bibiqulu saxlanılıb – FOTO – VİDEO05 / 08 / 2021, 17:24Azərbaycan millisinin oyunlarında VAR-dan istifadə olunacaq05 / 08 / 2021, 17:12Qara dənizdə Azərbaycan və ABŞ hərbçilərinin iştirakı ilə beynəlxalq təlimlər başlayıb – FOTO05 / 08 / 2021, 16:38Türkiyədə 15 yerdə yanğın davam edir05 / 08 / 2021, 16:21Milli Məclis: Eldəniz Səlimova deputat maaşı veriləcək05 / 08 / 2021, 16:10Tikintiyə görə ağacları kəsənlər axtarılır05 / 08 / 2021, 16:08Şabranda avtomobil yolunun tikintisinə 1,1 milyon manat vəsait ayrılıb - SƏRƏNCAM05 / 08 / 2021, 15:53Yardımlıda meşə zolağında baş verən yanğın söndürülüb05 / 08 / 2021, 15:26“Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə zərərçəkmiş kimi tanınan məcburi köçkünlər Laçın rayonuna səfər ediblər – FOTO05 / 08 / 2021, 15:09İşə qəbul imtahanında 47 minə yaxın müəllim iştirak edib05 / 08 / 2021, 14:53Azərbaycan ordusunun xüsusi təyinatlıları Naxçıvanda taktiki-xüsusi təlim keçirib – FOTO – VİDEO05 / 08 / 2021, 14:14Azərbaycanda yemişin yeni sortları yaradılıb - FOTO05 / 08 / 2021, 14:09Bakıda “Vətən bağı” adlı park salına bilər05 / 08 / 2021, 13:52Ermənilər mövqelərimizi yenə atəşə tutdular05 / 08 / 2021, 13:45
Bütün xəbərlər

Next TV