Erkin Qədirli Avropa Parlamentinin bəyanatından danışdı: “Qarşıdan çətin və maraqlı işlər gəlir”

“Avropa Parlamentinin Azərbaycan və Ermənistan üzrə məruzəçiləri, eləcə də Avropa Birliyinin Azərbaycanla əməkdaşlıq, Ermənistanla partnyorluq və Gürcüstanla assosiasiya parlament komitələrində nümayəndə heyətinin sədri birgə yaydıqları bəyanatda Dağlıq Qarabağ işğal olunmuş yer sayılıb”.
1news.az xəbər verir ki, millət vəkili Erkin Qədirli Facebook səhifəsində bununla bağlı statusunda kiçik bir mətndə bu faktın iki dəfə qeyd olunmasına diqqət çəkib.
“Birinci dəfə Dağlıq Qarabağın adı çəkiləndə, elə eyni cümlədə, Qubadlının və Cəbrayılın də adları çəkilir, ardınca da “onlar da işğal olunub” (which are also occupied) yazılıb. “Onlar da” ifadəsi Dağlıq Qarabağın işğal olunmuş yer sayıldığını bildirir. Daha sonra, üçüncü abzasda, yeni yolun çəkilməsi kontekstində “Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalının rəmzi olaraq gücləndirmək” ifadəsi gəlir (symbolically entrench the illegal occupation of Nagorno-Karabakh and its surrounding districts).
Bu, çox önəmli bir gedişatdır. Mən həm də Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsində Milli Məclisin nümayəndə heyətinin üzvüyəm. Qarşıdan çətin və maraqlı işlər gəlir”- deyə, E.Qədirli qeyd edib.
1news.az