Paşinyan tibbi maskası olmayan vətəndaşlara qarşı güc tətbiq olunmasına haqq qazandırdı - VİDEO | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan tibbi maskası olmayan vətəndaşlara qarşı güc tətbiq olunmasına haqq qazandırdı - VİDEO

15:34 - 13 / 06 / 2020
Paşinyan tibbi maskası olmayan vətəndaşlara qarşı güc tətbiq olunmasına haqq qazandırdı - VİDEO

Koronavirus pandemiyası kustar üsulla əyninə “demokratiya donu” biçən, lakin heç cür onu geyinə bilməyən Ermənistanın çılpaq və yöndəmsiz vücudunü bir daha göstərdi.

Budur, Ermənistan hakimiyyət - vətəndaş ünsiyyətini də məhz küçə təfəkkürü ilə qurub. Belə ki, ölkədə polis karantin qaydasını pozaraq tibbi maskadan istifadə etməyən sadə bir vətəndaşı elə küçədəcə sürüyür, ona qarşı şiddət tətbiq edir.

Nəzərinizə çatdıraq ki, həmin hadisənin videosunu “İşıqlı Ermənistan” partiyasının sədri, deputat Edmon Marukyan paylaşıb.

Maraqlıdır ki, baş nazir Paşinyan “Facebook” səhifəsində polisin bu davranışını açıq şəkildə dəstəkləyib. Polisin bir güc strukturu olduğunu, lazımdırsa, güc tətbiq ediləcəyini bildirib. Onun bu sözləri ictimaiyyət tərəfindən ciddi narazılıqla qarşılanıb.

Videogörüntünü izlədikdən sonra əlavə şərhə ehtiyac qalmır:

1news.az

Paylaş:
1397

Son xəbərlər

Bütün xəbərlər