Mikayıl Cabbarov: Yeni mexanizm investisiya fəallığının dəstəklənməsinə əhəmiyyətli töhfə verəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikayıl Cabbarov: Yeni mexanizm investisiya fəallığının dəstəklənməsinə əhəmiyyətli töhfə verəcək

16:29 - 13 / 06 / 2020
Mikayıl Cabbarov: Yeni mexanizm investisiya fəallığının dəstəklənməsinə əhəmiyyətli töhfə verəcək

Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib.

Bununla bağlı Facebook səhifəsində paylaşım edən İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, tətbiq olunacaq yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhfə verəcək.

“Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək biznes kreditlərinə dövlət zəmanəti və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması həyata keçiriləcək”- deyə, nazir vurğulayıb.

Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydasında əksini tapmış müddəalarla burada tanış ola bilərsiniz.

1news.az

Paylaş:
1094

Son xəbərlər

Bütün xəbərlər