Əcnəbi vətəndaşların yaşaması və işləməsi üçün ən bahalı şəhərlər | 1news.az | Xəbərlər
Dünya

Əcnəbi vətəndaşların yaşaması və işləməsi üçün ən bahalı şəhərlər

17:14 - 13 / 06 / 2020
Əcnəbi vətəndaşların yaşaması və işləməsi üçün ən bahalı şəhərlər

Honq Konq əcnəbi vətəndaşların yaşaması və işləməsi üçün ən bahalı şəhər hesab olunub.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın "Mercer" konsaltinq şirkətinin reytinqində deyilir.

Honq Konq keçən il də bu reytinqə rəhbərlik edib.

Əcnəbilər üçün ikinci ən bahalı şəhər adını Aşqabad qazanıb. Bu şəhər ötənilki mövqeyindən 5 pillə yüksəlib. Üçüncü yerdə bir pillə geriləmiş Tokio qərarlaşıb. İlk beşliyi Sürix və Sinqapur tamamlayıb.

Bundan başqa, əcnəbi vətəndaşların yaşaması və işləməsi üçün ən bahalı şəhərlərin ilk onluğunda Nyu-York, Şanxay, Bern, Cenevrə və Pekin yer alıb.

1news.az

Paylaş:
918

Son xəbərlər

Bütün xəbərlər