“Made in Uzbekistan Online” biznes forumu – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Made in Uzbekistan Online” biznes forumu – FOTO

16:05 - 17 / 06 / 2020
“Made in Uzbekistan Online” biznes forumu – FOTO

12 iyun tarixində Azərbaycan sahibkarları ilə Özbəkistanın ixracatçı təşkilatları arasında keçirilən “Made in Uzbekistan Online” adlı biznes forumu uğurla başa çatıb.

Biznes forumda Özbəkistanın ixrac yönümlü məhsullarının 56 istehsalçısı, eləcə də Azərbaycanın 60-dan çox sahibkarı iştirak ediblər. Biznes forumun proqramına qida sənayesi və kənd təsərrüfatı, maşınqayırma və dağ-mədən sənayesi, yüngül sənaye, elektrotexnika sahələri üzrə görüşlər daxil olub.

Biznes forumum çərçivəsində 100-dən artıq səmərəli ikitərəfli B2B görüşlər keçirilib. Bu görüşlər çərçivəsində özbək şirkətləri öz məhsullarını təqdim etmək, Azərbaycan şirkətləri isə bizneslərinin inkişafı üçün yeni imkanlar tapmaq imkanı əldə edibər.

Forum təşkilatçıları hər iki tərəfdən iştirakçılardan tədbirin yüksək səviyyədə təşkilat olduğu qeyd olunan bir çox müsbət rəy alıblar.

“İlk öncə gözəl təşkilatçılıq, işgüzar ab-hava və nikbin münasibət üçün çox təşəkkür edirəm! Forum çox yüksək səviyyədə keçirildi. Forum zamanı konstruktiv, faydalı ünsiyyət baş tutdu, tədbir iştirakçıları məmnun qaldılar. İnanıram ki, biznes forum Azərbaycan və Özbəkistan işgüzar dairələrində işgüzar mühitin qorunmasında mühüm addım olacaq. İş adamlarımızın sərgilərdə artıq “canlı” formatda danışıqlar aparmağını gözləyirik” - Özbəkistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Baxrom Əşrəfxanov.

“Caspian Event Organisers” (“CEO”) şirkəti tərəfindən bu növ tədbirlər üçün xüsusi olaraq işlənib hazırlanmış proqram sayəsində bütün “onlayn” görüşlər tam avtomatlaşdırılmış platformada həyata keçirilib. Bu proqram şirkətlərə potensial tərəfdaşlar ilə müstəqil şəkildə görüş təyin etmək və bu görüşü öz şəxsi virtual kabinetlərində keçirmək üçün imkan yaradır.

Forum Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi ilə birlikdə Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyinin İxracın təşviqi agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Caspian Event Organisers” (“CEO”) şirkəti tərəfindən təşkil olunub.

1news.az

 

Paylaş:
1202

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05
Bütün xəbərlər