“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi uzadıldı | 1news.az | Xəbərlər
Rəsmi

“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi uzadıldı

15:10 - 29 / 06 / 2020
“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi uzadıldı

Prezident İlham Əliyev “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə,, bu qanunun 3.2-ci, 28-ci və 29-cu maddələri və həmin maddələrlə bağlı olan müddəalar 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, qanunun 2020-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulurdu.

1news.az

 

 

Paylaş:
806

Son xəbərlər

Bütün xəbərlər