Bakı-Sumqayıt elektrik qatarlarının qrafikində müvəqqəti dəyişiklik edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Sumqayıt elektrik qatarlarının qrafikində müvəqqəti dəyişiklik edilib

17:21 - 29 / 06 / 2020
Bakı-Sumqayıt elektrik qatarlarının qrafikində müvəqqəti dəyişiklik edilib

Nazirlər Kabinetinin qərarına əsasən, karantin rejiminin müddətinin avqustun 1-dək uzadılması ilə əlaqədar Abşeron Dairəvi dəmir yolunda Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının qrafikində dəyişiklik edilib.

1news.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, sərnişin sayını nəzərə alaraq, iyunun 30-dan Bakıdan saat 16:20-də yola düşən Bakı-Pirşağı-Sumqayıt, Bakıdan saat 18:55-də yola düşən Bakı-Xırdalan-Sumqayıt, Sumqayıtdan saat 17:13-də yola düşən Sumqayıt-Xırdalan-Bakı və Sumqayıtdan saat 20:43-də yola düşən Sumqayıt-Xırdalan-Bakı elektrik qatarların hərəkəti müvəqqəti olaraq dayandırılır.

Qrafik xüsusi göstərişədək qüvvədədir.

S.Xankişiyeva

 

 

Paylaş:
651

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər