Messi İngiltərə Premyer Liqasında? | 1news.az | Xəbərlər
Futbol

Messi İngiltərə Premyer Liqasında?

18:59 - 04 / 07 / 2020
Messi İngiltərə Premyer Liqasında?

"Barselona"nın hücumçusu Lionel Messi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

1news.az qol.az-a istinadən xəbər verir ki, bu haqda "Fox Sports"un jurnalisti Kristian Martin məlumat yayıb.

İspaniya mətbuatı argentinalı futbolçunun klubu ilə 2021-ci ildə başa çatacaq müqavilənin müddətini uzatmayacağını iddia edib.

"Messinin "Mançester Siti"yə keçidi məsələsi var. Bunu mənim İngiltərə və Kataloniyadakı mənbələrim təsdiq edir" - deyə K.Martin bildirib.

Xatirladaq ki, "Mançester Siti"nin hazırkı baş məşqçisi Xosep Qvardiola Messi ilə birgə "Barselona"da çalışıb.

1news.az

Paylaş:
1034

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər