Koronavirusa yoluxanların sayı 12 milyona çatır | 1news.az | Xəbərlər
Dünya

Koronavirusa yoluxanların sayı 12 milyona çatır

12:09 - 08 / 07 / 2020
Koronavirusa yoluxanların sayı 12 milyona çatır

Koronavirusa yoluxma sayı gündən-günə mənfiyə doğru dəyişməkdədir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya üzrə yeni növ koronavirusa yoluxanların sayı 12 milyona çatır. İndiyədək 11,956,877 nəfər koronavirusa yoluxub, 546,765 insan bu virus səbəbindən dünyasını dəyişib, 6,903,468 nəfər isə müalicə olunaraq evə buraxılıb.

ABŞ koronavirusa yoluxanların sayına görə siyahıda birinci yerdədir. Bu vaxta qədər karantin rejimi tətbiq etməyən Braziliya siyahıda ikinci, 1 milyarddan çox əhalisi olan Hindistan isə üçüncü yerdə qərarlaşıb.

Qonşu ölkələrdən ən çox ölüm halı İran və Rusiyada baş verir. Türkiyə və Gürcüstanda vəziyyət nisbətən yaxşıdır.

1news.az

Paylaş:
603

Son xəbərlər

Bütün xəbərlər