Gözəllik və dəbin qısa tarixi | 1news.az | Xəbərlər
Köşə

Gözəllik və dəbin qısa tarixi

10:52 - 10 / 07 / 2020
Gözəllik və dəbin qısa tarixi

Müəllif: Nigar Hüseynova

“Sizin sabah nə istəyəcəyinizə

bu gün mən qərar verirəm”

Frederik Beqbeder “99 frank”

 

Beynəlxalq Estetik Cərrahiyə Birliyinin (İSAPS) verdiyi məlumata görə, 2000-ci ildən başlayaraq plastik cərrahiyə əməliyyatları 200%-dək artıb və artmağa davam edir. Hesablamalar göstərir ki, bu tendensiya kişilərlə nisbətdə qadınlarda daha çox rast gəlinəndir[1]. İkinci minillikdə ‘selfi mədəniyyəti’nin meydana gəlməsi isə bu alova bir az da yağ tökür. “Estetika” termininin birmənalı və  obyektiv açılışı yoxdur, olmayıb və subyektivliyə bağlandığı üçün də olmayacaq. Yuxarıda qeyd olunduğu kimi qadınların “estetikləşməyə” daha çox meyilliyi səbəbindən bu yazı, qadın gözəlliyinə həsr olunur.

Qadın şarmı tarixən dəyişikliklərə məruz qalıb. Estetik gözəllik dolu qadın formalarından başlayıb və müasir dövrdə bizə Victoria’s Secret modelləri obrazında təlqin edilir.

Matriarxart dövrünə aid qadın bütlərinin gözəllik ideallarını nə dərəcə dəqiq bizə çatdırdıqları şübhə altındadır. Qadın bədənin iri təsviri bioloji konteksdən cinsi seçmə ilə assosiasiya olunur. Əlqərəz, iri bədənli, dolu qadın fiziki cəhətdən sağlam hesab olunur, sağlam nəsil artımına müsbət təsir etdiyi düşünülür, ona görə də bu cür fiziki əlamət qadın gözəlliyinin əsas meyarı kimi qəbul edilirdi.

             Matriarxat dövrünə aid büst

Qədim sivilizasiyalar arasında da gözəllik birmənalı qarşılanmırdı. Belə ki, Qədim Misirdə badamı gözlü, uzun ayaqlı qadınlar gözəl hesab olunurdu. Onlar yaşıl boyadan istifadə edərək,  göz ətrafına xətt çəkib, onu gicgaha qədər gətirirdilər. Gicgah və boyun damarlarını xaricdən göy rəngə boyamaq dəbli hesab olunurdu[2]. (Qədim Misir kosmetikası ilə Kleopatranın “Üz üçün dərmanlar” traktatından daha geniş tanış ola bilərsiniz.) Arxeoloji qazıntılar zamanı Misir ərazisində tapılan, bədənə qulluq üçün nəzərdə tutulan yağ qabları qadınların gözəl görünüşə nə dərəcədə əhəmiyyət verdiyini bizə göstərir.

 

Bayram edən Misir qadınları,XVIII sülalə

Assuriya və babillilər qaşlarını qaraldırdılar və üzü daha sərt göstərəcək makiyajlar edirdilər. Təəssüf ki, Mesopotamiyada qadın dəbi və ya fiziologiyası haqda bundan artıq məlumata sahib deyilik. Təkcə ilahə İştara məxsus bütə istinadən demək olar ki, orta çəkili qadınlar Mesopotamiyada da daha gözəl hesab olunurdu.

İlahə İştar. e.ə 1800-1750-ci illər

Yukatan yarımadası və Mərkəzi Amerikanın digər hissələrində məskunlaşan mayalılar tərəfindən çəpgözlük gözəl hesab olunurdu. Onlar yeni doğulmuş qızların burnunun üstünə sapa bərkidilmiş mum topu yerləşdirirdilər. Beləliklə, 16 yaşına çatanda  artıq onun gözləri çəpləşirdi və  gözəl hesab olunurdu. Mayalı qadınlar bədənlərinə xüsusi qırmızı maye sürtürdülər. Həşəratları iyi ilə özünə çəkməsinə baxmayaraq, bu, qadınları gözləllik prosedurundan saxlamırdı.

Mayalılar

Qədim Hindistanda gözəlliyin 32 parametri mövcud idi. ‘Mahabharata’da gözəl qadın uzun, dalğalı saçlı, çox kök olmayan, dəri rəngi çox tünd olmayan, orta boylu təsvir olunur. Hindistanın şimali-şərqində yaşayan ‘Apatani’ qəbiləsi üçün qadınların burun deşiklərinə iri cisim taxmaları gözəl hesab olunur. Sonradan bu dəbin məhz kişilərin qısqanclığı zəmnində yarandığı məlum olmuşdur. Belə ki, üzlərində müxtəlif əşyaların olması həmin qadınlara başqa kişilərin baxmasına mane olurdu.

           ‘Apatani’ qəbiləsindən qadın

Çində isə tamamilə fərqli ab-hava hökm sürürdü. Çinlilərə görə qadın ayağı nə qədər kiçik olurdusa, o, bir o qədər gözəl hesab olunurdu. Bu səbədən yeni doğulan qızlara ağacdan hazırlanmış qəlib ayaqqabılar geyindirərdilər. Bir neçə ildən sonra ayaqqabılar çıxarılır və qızların ayaqları inkişafdan dayanmış, deformasiyaya uğramış  olurdu. Çox ağrılı bir prosedur olmasına və  ayağın fiziki qüsurlu qalmasına baxmayaraq, kiçik ayaq gözəllik meyarı olaraq görülürdü. Çində normal ayaq ölçünə malik qadınla ailə həyatı qurmazdılar. Ənənəyə uyğun şəkildə, deformasiya olmuş ayaq ölçüsü olan qadınlar üçün ‘lotus’ adlanan ayaqqabılar hazırlanırdı. XVII-XVIII ərsrlər Fransasında “lotus ayaqqabılar” dəbdə olur[3]. Bu adət Çində XX əsrin ortalarınadək, Sinxay inqilabına qədər davam etmişdir[4].

            Çində ayaq “bintləmə” adəti

Antik Yunanıstanda isə Tenedos və Lesbos adalarında gözəllik müsabiqələri (kallisteia) keçirilirdi. Bu yarışlarda iri, ağ bədənli, düz burunlu, dalğalı saçlı qadınlar qalib gələrdi.

Qədim Romada isə əksinə arıq qadınlar gözəllik etalonu hesab olunurdular. Saç rəngləmək də ilk dəfə Roma qadınları arasında yayılmışdı.

Yunanların gözəllik və sevgi ilahəsi Afrodita,Miloslu Venera kimi də tanınır. Heykəl Antioxlu Aleksandr tərəfindən e.ə 130-100-cü illər arası yonulub və hazırda Luvr muzeyində saxlanılır.

Myanma və Tailandda indiki dövrdə belə qadının boynunun uzunluğu gözəllik hesab olunur. Fiziki olaraq ağrılı və qeyri-normal bir prosedur olmasına baxmayaraq, qız uşaqlarının boyunlarına halqalar keçirilir, bu halqalar onların boyunlarını sıxaraq uzadır.  Yaş artdıqca halqaların sayı da artırılır. Qadınların boynu  halqalar çıxarılarsa sınacaq vəziyyətə gəlir. Lakin boynunda halqaların sayı, boynun uzunluğu gözəllik meyarı kimi qəbul edilir.

Karen qəbiləsi,Tailand

Afrikada mursi qəbiləsinin qızları 15 yaşına çatanda,onların alt dodağı kəsilir,ora taxta və ya gil disklər yerləşdirilir. Bu disklər dodaq dartıldıqca dəyişilir və adətən diametri 12 sm-ə çatır. Surma qəbiləsi eyni adəti qulağa tətbiq edir. Ndbele qəbiləsinin gözəllik kriteriyası Tailandla oxşarlıq təşkil etsə də, afrikalı qadınlar həyat yoldaşlarının vəfatından sonra bəzək əşyalarını çıxarmalı olurlar.

Afrikanın surma qəbiləsi         Mursi qəbiləsi,Efiopiya             Ndbele qəbiləsi,Cənubi Afrika

Orta əsr Avropasında dinin geniş vüsət almasıyla qadınlarda baxımlılıq qəbuledilməz hesab olunmağa başlamışdır. Müqəddəs Məryəm gözəllik rəmzi kimi götürülür, örtülmüş saçlar, solğun üz, kiçik ağız[5]  gözəlliyin əsas şərtləri hesab olunurdu. Solğun üzlü xanımlar aristokrat hesab olunur, bunun üçün onlar müxtəlif məlhəmlərdən istifadə edirdilər. Bu məlhəmlər qurğuşun, bəzən də arsen tərkibli olurdu. İkinci halda qadın zəhərlənirdi və ölüm təhlükəsi ilə üz-üzə qalırdı. Gözəl olmaq orta əsr Avropa qadınları üçün bəzən təhlükəli olurdu.

Orta əsrlərin aristokrat xanımı

Qadınların nə və necə geyinməsi barədə fikirlər orta əsrlərdən etibarən aşılanmağa başlanmışdır. Belə ki, 1539-cu ildə italyan humanisti Alessandro Pikolommininin “Rafaella və yaxud qadınların gözəl davranışları” əsərində iki gənc xanımın dialoqununu qələmə almışdır. Yaşca daha kiçik olan Margaret Rafaelladan dəbin nə olduğunu soruşanda, ikinci dəbin “varlı” olma vacibliyi və əhəmiyyətini vurğulayır və bunların dondakı qatlardan asılı olduğunu bildirir. Bu dövün dəbə olan baxışı (təsadüfdən kənar) Yeni Dünyanın formalaşması və manufakturaların meydana gəlməsiylə ayaqlaşır.

Barokko dövründə (XVI-XVII əsrlər) Fransaya “günəş kralı” XIV Lüdovik hökmranlıq edir və bütün Avropaya dəb onun sarayından diktə olunur. Bu dövrün gözəllərinin boyunları incə və uzun, belləri də mümkün qədər incə olmalı idi. 1655-ci ildən pariklər dəb hesab olunurdu. Bu aksesuarı  saçı tökülən XIV Lüdovik dəbə salmışdı, onun arxasınca isə ingilis kralı II Karl parikdən istifadə etməyə başlamışdı. Bununla Avropaya yeni dəb, yeni gözəllik xüsusiyyəti gəlmişdir. Lakin pariklər natəmizlik yaratdığından tez dəbdən düşdü və fransız inqilabından sonra isə istifadəsi dayandı. Çox güman ki, artıq monarxa aid hər şey silindiyindən pariklər də silindi. Korsetlərin istifadəsi də məhs bu dövrə təsadüf edir. Koresetlər qadınları gözəl göstərsə də onların daxili orqanlarını sıxır və bədənlərini deformasiyaya məruz qoyurdu. XVI-XVII əsrlərdə katolik kilsənin yanaşmasında qadınların sinələrinin görsənməsi və onun böyük ölçüdə olması gözəl hesab olunmurdu, buna görə də onlar sinələrini uşaqlıqdan korsetlə və ya parçayla sıxırdılar. Ancaq Birinci Dünya müharibəsi dövründə bu dəb də yoxa çıxır. Onların tamamilə istifadədən çıxmasında modelyer Pol Puarenin əvəzsiz rolu olur. Dövrün tələbləri qadınları daha gözələ deyil, daha rahata qaçmağa məcbur edir. Sonra isə Koko Şanel dünyanı qadın şalvarıyla tanış edir.

XIV Lüdovik sarayının dəbi,1700-1720

İntibah dövründə gözəlliyin bir nömrəli düşməni günəş şüaları altında qaralmış dəri hesab edilirdi. Renessans dövrünün başlanması ilə rəssamların çəkdiyi rəsmlər gözəllik ideallarına daha çox təsir etməyə başlayır və hətta o ideallara çevrilməyə başlayır. Bu dövr Rubensin çəkdiyin dolu bədənli qadınlar incəsənət tarixinə “Rubens gözəlləri” kimi daxil olur.

 “Rubens gözəli”

Növbəti dövrlərdə qəzet və jurnallardakı şəkillər gözəlliyi əks etdirən rəsm əsərlərini əvəz etməyə və ictimaiyyətə gözəllik “normalarının” formalaşmasına yardımçı olmağa başlayır. Məşhur italyan yazışısı Umberto Eko “Kim Jerar Filipə bənzəyir” mətnində qeyd edir: ‘Dəb o qədər yoluxucudur ki, insanın bütün gözəllik təsəvvürlərini dəyişə bilir. Buna görə də fransız aktrisası Bridcit Bardonun məşhurluğu zamanı qadınlar onun geyim tərzini, makiyajını, hətta yerilişini də imitasiya edirdilər.

1960-ci illər eyni şey Odri Hepbörn, 1980-ci illər Madonna və Şeron Stoun, 2000-ci illər Cenifer Lopez, Penelopa Kruz, Monika Belluci üçün də keçərli olur. Günümüzdə isə instagram blogelrləri bu manipulyasiya ənənəsini davam etdirir.

Gözəllik anlayışın abstrakt olduğuna və hər dövrdə diktə olunduğuna qismən də olsa  şahid olduq. Kapitalizmin əsas açarlarından olan Hollivudun, reklam platformasını mükəmməl şəkildə təmin edən sosial şəbəkələrin şüurlaltı təsirinə məruz qalaraq,  bəzi gənc qızlar onlara bənzəməyə çalışır, pəhriz və digər prosedurlara başlayırlar. Gözəl olmaq istəyi natamamlıq kompleksiylə birləşərək o qədər dərin olur ki, anoreksiya (iştahın tamamilə yox olması və kəskin arıqlama) xəstəliyinə, bəzən geri dönüşlü, əksərən isə dönüşsüz formaya gətirib çıxa bilir.

“Sağlam və yaradıcı olan hər şey gözəldir!” prinsipi ilə yanaşsaq, daha yaxşı cəmiyyətə yol aça, daha gözəl işlər görə bilərik.

          İstinadlar

  1. Global Survey Press Release (English) – Dec 3, 2019 - https://www.isaps.org/wp-content/uploads/2019/12/ISAPS-Global-Survey-2018-Press-Release-English.pdf
  2. Аствацатуров К.Р. Косметика для всех/ К. Р. Аствацатуров, И. И. Кольгуненко, - Л: Многоотрасл. науч.-техн. комплекс "Ролс", 1991
  1. Пахомова, А.В. Стиль шинуазри: театральный костюм, текстиль, аксессуары, драматургия и другие сферы искусства.
  2.   Mackie, G. Ending Footbinding and Infibulation: A Convention Account // American Sociological Review, Vol. 61, No. 6. (Dec., 1996), pp. 999-1017. — 1996. — Вып. 61, № 6.
  1. Рыбакова О. Г. Женщина в культуре западноевропейского средневековья (по материалам современной американской научной периодики) / О. Г. Рыбакова : монография. — Тюмень : ТюмГНГУ, 2014. — 118 с.

 

Paylaş:
4807

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər