İcra başçısı vəzifəsindən azad edildi – SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

İcra başçısı vəzifəsindən azad edildi – SƏRƏNCAM

15:16 - 11 / 07 / 2020
İcra başçısı vəzifəsindən azad edildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Arif Qasımovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamla Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, A.Qasımov 2015-ci ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı idi. O, daha əvvəl 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

S.Xankişiyeva

 

Paylaş:
767

Son xəbərlər

Bütün xəbərlər