MN: Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub | 1news.az | Xəbərlər
Siyasət

MN: Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

17:10 - 13 / 07 / 2020
MN: Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan müvqelərimizi atəşə tutub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.

Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.

S.Xankişiyeva

Paylaş:
449

Son xəbərlər

Bütün xəbərlər