XİN: Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir | 1news.az | Xəbərlər
Siyasət

XİN: Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir

14:53 - 14 / 07 / 2020
XİN: Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşi nəticəsində mülki şəxsin həlak olması ilə bağlı açıqlama yayıb.

1news.az-ın verdiyi xəbərə görə, açıqlamada bildirilir ki, 14 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub.

Ermənistan tərəfindən azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəfə almaq və ağır silahlardan atəşə tutmaq faşizmin və barbarlığın əyani təzahürüdür. Bu, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsidir. Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir.

Ermənistan tərəfi bundan öncə də azərbaycanlı mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alaraq, onlara qarşı insanlıq əleyhinə cinayət aktları törədib. 1992-ci ilin 26 fevral tarixində Xocalıda 613 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, sərhədboyu, eləcə də təmas xətti yaxınlığında yaşayan və aralarında azyaşlı uşaqlar da olmaqla azərbaycanlı mülki şəxslərin məqsədyönlü şəkildə düşmən gülləsinin hədəfinə çevrilməsi, eləcə də 2016-cı ilin aprel hadisələri zamanı 6 mülki şəxsin həlak olması və 33 nəfərin yaralanması Ermənistan təcavüzünün günahsız qurbanlarıdır.

Ermənistan silahlı qüvvələri, yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutmaqla yanaşı, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurur.

Bu kimi əməlləri ilə Ermənistan beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını və bu xüsusda üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozur.

Ermənistanın hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə və azərbaycanlı mülki şəxslərin Ermənistanın məqsədyönlü qanlı təxribatının qurbanı olması faktına beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə və Ermənistanın bu qanunsuz əməllərini qınamağa çağırırıq.

Azərbaycanlı mülki şəxsin qətl edilməsinin məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

S.Xankişiyeva

 

 

Paylaş:
258

Son xəbərlər

Rəşad Nəbiyev Azərbaycanın startap ekosisteminin nümayəndələri ilə görüşdü - FOTO24 / 07 / 2021, 18:07Əcnəbi jurnalistlər Ağdamda olub - FOTO24 / 07 / 2021, 17:41Cəbrayılın Sofulu kəndi - VİDEO24 / 07 / 2021, 17:07Bir qrup media və QHT nümayəndəsi jurnalistlər üçün tikilən binanın şəhid ailələrinə verilməsi üçün müraciət ediblər24 / 07 / 2021, 17:00Toylarda monitorinqlər: 83 nəfər 55 500 manat məbləğində cərimələnib24 / 07 / 2021, 16:35Boksçumuz Tokio Olimpiadasına qələbə ilə başlayıb24 / 07 / 2021, 16:16“S&P” Azərbaycanın kredit reytinqlərini “stabil” səviyyədə saxlayıb24 / 07 / 2021, 15:36Polis bir neçə şəhər və rayonda “patı” satanları saxlayıb – VİDEO24 / 07 / 2021, 15:14Xocavənddə minalanmış ərazidəki yanğın söndürülüb - VİDEO24 / 07 / 2021, 14:56Serbiya xarici işlər naziri Azərbaycana səfərə gəlir24 / 07 / 2021, 14:22Azərbaycan Ordusunun Kəlbəcərdə şəhid olan giziri dəfn edilib – FOTO – YENİLƏNİB24 / 07 / 2021, 13:50İstirahət günü hava küləkli olacaq24 / 07 / 2021, 13:36Şəhid oğluna Şuşa Rayon Polis Şöbəsində vəzifə verildi24 / 07 / 2021, 13:16Azərbaycanda təyyarə ilə sərnişin daşımaları qaydası dəyişib24 / 07 / 2021, 13:01Şahin Seyidzadə Qobustan Gənclər Mərkəzində qəbul keçirib – FOTO24 / 07 / 2021, 12:56Şirvanda “patı” əməliyyatı keçirilib: 5 nəfər saxlanılıb – FOTO24 / 07 / 2021, 12:39DİN: Alpinistlərin xatirəsinə quraşdırılan bürünc lövhə tapılıb24 / 07 / 2021, 12:30Bölgələrdə rəqəmsal savadlılığın artırılmasının həlli yolları – Rəqəmsallaşma bizə nələr qazandıracaq?24 / 07 / 2021, 12:08Bakı qeydiyyatı olan avtomobillərə yeni nömrə nişanları verilir - FOTO24 / 07 / 2021, 11:48“Zubrları təbiətimizə qaytaraq!” ekoloji yay düşərgəsi başa çatıb – FOTO24 / 07 / 2021, 11:25
Bütün xəbərlər

Next TV