Məleykə Abbaszadənin qızı qəfil vəfat etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məleykə Abbaszadənin qızı qəfil vəfat etdi - FOTO

11:45 - 18 / 07 / 2020
Məleykə Abbaszadənin qızı qəfil vəfat etdi - FOTO

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib. 

1news.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, onun 44 yaşlı qızı Nigar Abbaszadə vəfat edib. 

Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verib. İlkin məlumata görə, DİM sədrinin qızı qəflətən ürəktutmadan dünyasını dəyişib. 

Hazırda nəşin Bakıya aparılması ilə əlaqədar hazırlıq işləri gedir. 

1news.az

Paylaş:
1019

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər