Vəhşi heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Vəhşi heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalandırılıb

09:57 - 21 / 07 / 2020
Vəhşi heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalandırılıb

Ağstafa rayonundakı “Yaşıl Göl” ailəvi istirahət mərkəzində vəhşi heyvanların qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yerində araşdırıblar. Fakt təsdiqini tapıb.

Nazirliyin mətbuat katibi İradə İbrahimova 1news.az-a bildirib ki, həmin istirahət mərkəzində 2 ayı, 2 canavar və 2 meymunun qəfəsdə saxlanılmasına görə akt tərtib olunub. Vəhşi heyvanlar Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına, meymunlar isə zooparka təhvil veriləcək. Hazırda restoran sahibi Zöhrab Rəsulov barəsində qanunamüvafiq tədbirlər görülür.

Nazirlik vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasını pisləyir və vəhşi təbiətin mühafizəsinə öz töhfəsini verərək bu faktı ictimailəşdirən hər kəsə təşəkkürünü bildirir.

Qafar Ağayev

Paylaş:
552

Son xəbərlər

Bütün xəbərlər