Leyla Abdullayeva: ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdı başa düşə bilmirik | 1news.az | Xəbərlər
Siyasət

Leyla Abdullayeva: ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdı başa düşə bilmirik

18:06 - 22 / 07 / 2020
Leyla Abdullayeva: ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdı başa düşə bilmirik

2020-ci il iyulun 20-də ABŞ Dövlət Departamenti “ABŞ-ın COVİD-19 pandemiyasına qarşı qlobal mübarizədə demokratiya, yaxşı idarəetmə və insan hüquqlarına dəstəyi” adlı informasiya bülleteni dərc edib və burada Azərbaycana da istinad edilib.

Belə ki, Dövlət Departamenti Azərbaycan hakimiyyətini COVİD-19-a qarşı görülən tədbirlərin vətəndaş cəmiyyəti təbliğatını, müxalif səsləri və ya ictimai müzakirələri susdurmaq üçün istifadə edilməməsini təmin etməyə çağırıb.

1news.az-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən bildirib ki, Corc Floydun ölümündən sonra hazırda bütün dünya ictimaiyyəti ABŞ-ı bürüyən iğtişaşlar səbəbindən bu ölkədəki vəziyyətə görə narahatdır: "Belə bir şəraitdə ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır, bunu başa düşə bilmirik".

Qafar Ağayev 

Paylaş:
945

Son xəbərlər

Bütün xəbərlər