Əri Kardaşyandan boşanmağa çalışır: “Qayınanam irqçidir” | 1news.az | Xəbərlər
Dünya

Əri Kardaşyandan boşanmağa çalışır: “Qayınanam irqçidir”

16:24 - 23 / 07 / 2020
Əri Kardaşyandan boşanmağa çalışır: “Qayınanam irqçidir”

Amerikalı repçi Kenni Vest bir neçə gündür ki, açıqlamaları ilə gündəmə gəlib.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, iki ildir Kim Kardaşyanla boşanmağa çalışdığını, qayınanası Kris Cennerin irqçi olduğunu iddia edib. O, hətta K. Cenner ilə yazışmalarını izləyicilərinə təqdim edib.

Onun sözlərinə görə, Kim 2018-ci ildə bir konfransda repçi Meek Millə tanış olub, daha sonra isə onunla münasibət qurub.

Bundan əlavə, Vest Tvitter mesajlarında "məni dəlixanaya aparmaq istədilər. Kimin Millə görüşməsinin ardından iki ildir ki, boşanmağa çalışıram" deyə, vurğulayıb.

Daha sonra o, "Millə işim yoxdur, ona hörmət edirəm. Kim həddini aşdı. Mənim 5 milyard dollar sərvətim var və daha da çox olacaq" yazaraq, qeyd edib.

Vest  Kardaşyan və anasının ondan xəbərsiz mətbuata açıqlama verdiyini, qaradərili olduğu üçün ailə üzvləri tərəfindən sıxışdırıldığını, ağdərililərin bir-birinə dəstək verdiyini bildirib.

Kim isə ittihamlara cavabında ərinin psixi problemlərinin olduğunu iddia edib.

1news.az

Paylaş:
811

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər