Canni De Byazi Azərbaycan millisinin baş məşqçisi təyin edilib | 1news.az | Xəbərlər
İdman

Canni De Byazi Azərbaycan millisinin baş məşqçisi təyin edilib

19:03 - 31 / 07 / 2020
Canni De Byazi Azərbaycan millisinin baş məşqçisi təyin edilib

Canni De Byazi Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.

1news.az-ın məlumatına görə, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib və müqavilə imzalanıb.

Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin avqustun 10-da Bakıya gəlməsi planlaşdırılır.

1news.az

Paylaş:
1504

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər