Səfirlik Almaniyadakı azərbaycanlıları erməni təxribatlarına uymamağa çağırır | 1news.az | Xəbərlər
Siyasət

Səfirlik Almaniyadakı azərbaycanlıları erməni təxribatlarına uymamağa çağırır

15:14 - 01 / 08 / 2020
Səfirlik Almaniyadakı azərbaycanlıları erməni təxribatlarına uymamağa çağırır

Azərbaycan Respublikasının Almabiya Federativ Respublikasındakı səfirliyi Ermənistanın Azərbaycan ərazilərinə hücumlarını və xaricdəki təxribatlarını qınayan məlumat yayıb.

Səfirlikdən 1news.az-a daxil olan məlumatda bildirilir ki, 12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri ağır artilleriya silahları ilə Azərbaycanın şimal-qərbində yerləşən Tovuz rayonundakı mövqelərinə hücum edib. Qeyd olunur ki, Ermənistanın Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini atəşə tutması və Azərbaycan ərazilərindəki mövqeləri zəbt etməyə yönəlmiş hərbi əməliyyatları suveren dövlətə qarşı açıq hərbi təcavüz və beynəlxalq hüququn norma və prinsiplərinin ciddi şəkildə pozulmasıdır. Ermənistan həmçinin Azərbaycanın Tovuz rayonunun sərhədyanı kəndlərində mülki əhaliyə qarşı silahlı hücumları ilə müharibə cinayəti edib və 1949-cu il Cenevrə Konvensiyası ilə öz üzərinə götürdüyü öhdəlikləri pozub.

“Ermənistanın qeyd olunan təcavüzü, onun bölgədəki vəziyyətin daha da gərginləşməsinə xidmət edən qeyri-konstruktiv fəaliyyətinin və ritorikasının davamı kimi nəzərdən keçirilməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər yeddi ətraf rayonunun -  dövlət ərazisinin beşdə bir hissəsinin - qanunsuz işğalına son qoymaq və bir milyondan çox qovulmuş azərbaycanlının evlərinə qayıtmasına şərait yaratmaq əvəzinə, Ermənistan qarşıdurmanı daha da gücləndirməyə və sərhəd bölgələrində yeni ərazilər tutmağa çalışır. Əlbəttə ki, bu həmçinin münaqişənin dinc həlli üçün məsul olan və Almaniyanın da üzvü olduğu ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh prosesinə ağır zərbədir”.

S.Xankişiyeva

 

 

Paylaş:
496

Son xəbərlər

Dünyanın ən zəngin insanları siyahısında birinci bu şəxs olduBu gün, 09:36Bu gün İranda Prezident seçkiləri keçiriləcəkBu gün, 09:23Türkiyə səfiri yazır: “Azad Qarabağın havası ilə nəfəs aldıq”Bu gün, 09:18Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb17 / 06 / 2021, 18:04Üfunət qoxulu Sumqayıt bulvarı: Problem nədən ibarətdir? - VİDEO17 / 06 / 2021, 17:56AQTA reyd keçirdi: 12 obyekt cərimələndi - SİYAHI17 / 06 / 2021, 17:41Van Dammın oğlunun Vətən müharibəsində paylaşdığı şəkil gündəm oldu - FOTO17 / 06 / 2021, 17:3017 iyuna olan vaksinasiya STATİSTİKASI17 / 06 / 2021, 17:19Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı17 / 06 / 2021, 17:13“Qarabağ”ın “Aşdod”la oyununun vaxtı dəqiqləşib17 / 06 / 2021, 17:12Sabah külək güclənəcək - Hava xəbərdarlığı17 / 06 / 2021, 16:47Qubada daha 3 su anbarı inşa olunacaq - VİDEO17 / 06 / 2021, 16:43Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO17 / 06 / 2021, 16:27Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb17 / 06 / 2021, 16:14“Buta Airways” Alanya istiqamətində uçuşların sayını artırır17 / 06 / 2021, 16:09Təhsil Tələbə Krediti Fondunun məqsəd və vəzifələri açıqlanıb17 / 06 / 2021, 15:52FHN-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ17 / 06 / 2021, 15:47Bir neçə ölkədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub17 / 06 / 2021, 15:37Azərbaycanda Enerji effektivliyi fondu yaradılacaq17 / 06 / 2021, 15:30Türkiyə və Rusiya prezidentləri yaxın günlərdə görüşəcək17 / 06 / 2021, 15:09
Bütün xəbərlər

Next TV