Yerli Balotellimiz: Necə oldu ki, Araz Abdullayev heç kimə lazım olmadı? – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Yerli Balotellimiz: Necə oldu ki, Araz Abdullayev heç kimə lazım olmadı? – VİDEO

14:40 - 18 / 08 / 2020
Yerli Balotellimiz: Necə oldu ki, Araz Abdullayev heç kimə lazım olmadı? – VİDEO

Bir vaxtlar Azərbaycanın ən perspektivli futbolçusu Araz Abdullayev indi klubsuz qalıb.

Cümə günü, avqustun 21-də Azərbaycan Premyer Liqasının yeni mövsümü başlayır, lakin klubların heç birində 28 yaşlı futbolçu yoxdur.

Araz Abdullayev ötən mövsümün sonunda “Qarabağ”dan ayrıldı. O, iki ilini Ağdam klubunda keçirdi, ancaq özünü doğrulda bilmədi. Qurban Qurbanov ona ehtiyac duymurdu, baxmayaraq ki, hazırda çempionun heyət dərinliyini çatışmır.  

İki il əvvəl Qurban Qurbanov Arazı Millətlər Liqasının ilk püşkatma mərasimi ərəfəsində təcrübəsiz oynamasın deyə cəlb etdi. O zamanlar təcrübəli mütəxəssis Azərbaycan milli komandasına rəhbərlik edirdi. Üstəlik, bundan əvvəl Araz Kiprdə “Anartosis”də yaxşı mövsüm keçirmişdi.

Bundan sonra Yunanıstanın “Panionis”inə keçməklə qəribə hekayə baş verdi. Futbolçu 2 il müddətinə müqavilə imzalasa da, bir həftədən sonra Yunanıstanda oynamaq barədə fikrini dəyişdi və oradan qaçdı. Bundan sonra, bu hərəkət üçün heç bir izahat verilmədi. Şoka düşən yunanların Arazı "Qarabağ"a icarəyə verməkdən başqa çarəsi yox idi.

O vaxtdan iki il keçdi və Araz yüksək səviyyəli maliyyə iddiaları ilə sıravi yerli futbolçu oldu. Əlbətdə, ölkə standartlarına görə. Buna görə də şərti olaraq "Səbail" və ya "Qəbələ" onu öz sıralarına cəlb edə bilməyəcək. Çox güman ki, agentlər indi xaricdə Araz üçün seçim axtarırlar, lakin koronavirus pandemiyası zamanı yaxşı variant tapmaq çox çətin olacaq.

Arazın cəmi 28 yaşı var və bu vaxta qədər karyerasının zirvəsinə çatmalı idi. Lakin bunun əvəzinə karyerasını tamamilə məhv etdi.

Araz karyerası boyu özünü daha çox futbol meydanından kənarda göstərdi. O, daha çox idman maşınlarına və sürətli sürməyə ehtirası ilə tanınır. Qurban Qurbanov kimi sərt məşqçi ilə "Qarabağ"da oynayan Araz, Istagram-da Bakı küçələrində necə sürətlə sürdüyünü əks etdirən video yerləşdirərək “seçildi”.

16 yaşından başlayaraq karyerası boyunca heç bir azərbaycanlı futbolçunun görmədiyi qədər  dəstək və məvacib aldı. 18 yaşında "Everton”la müqavilə bağladı, lakin heç vaxt İngiltərə Premyer Liqa klubunda oynamadı. Bu müqaviləni necə geri çevirə bildikləri də məlum deyil. Lakin Abdullayev hətta İngilitərəyə iş vizası da ala bilmədi.

Sonra "Neftçi"də kiçik bir parlaq dövr oldu. “Neftçilərin” mərhum keçmiş baş məşqçisi Böyükağa Hacıyev Abdullayevə Vobay və Flavinyo ilə birlikdə meydanda sərbəst buraxmaq üçün çox şans verdi. Araz hətta "Neftçi"nin kapitanı roluna qədər yüksəldi. Ancaq sonra cəmi 9 oyun keçirdiyi "Qəbələ"nin cəlbedici təklifinə qarşı çıxa bilmədi. Sonra “Anortoris”ə keçdi.

Hələ də Araza inanmağa davam edirlər. Millinin yeni baş məşqçisi Gianni de Byazi hətta onunla görüşüb. Araz italiyalının şəxsən danışdığı milli komandanın ilk oyunçusu oldu. Üstəlik, milli komandanın məşqçilər korpusu yarımmüdafiəçini qəbul etdi və indi “Dalğa Arena”da onların rəhbərliyi altında fərdi dərslər keçirir.

 
 
 
 
 
View this post on Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by AFFA (@affa_official) on

Bəlkə də bu, de Byazinin xoş jestidir və ya Araza bir daha AFFA-ya dəstək olmaq qərarına gəldi. İtaliyalı mütəxəssis millinin son illərdəki bütün oyunlarını artıq nəzərdən keçirdiyini söylədi. Bəlkə də Arazda qarşıdakı Millətlər Liqasının püşkatmasında ehtiyac duyacağı nəsə gördü.

Burada Mario Balotellini xatırlamaq yerinə düşər – son illərdə dünya futbolunun əsas istedadlı, lakin məsuliyyətsizliyi səbəbindən karyerasını puç oldu. 30 yaşında Super Mario, B seriyasında yer alan “Breşia”ya belə ehtiyac duymurdu. Arazın da belə bir tale ilə üzləşdiyini görmək istəməzdik.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
4572

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər