“Chenot Palace Gabala” sağlamlıq kompleksi qapılarını yenidən öz qonaqlarının üzünə açmağa hazırdır - FOTO - VİDEO
Qəbələdə yerləşən “Chenot Palace Gabala” sağlamlıq kompleksi qapılarını yenidən öz qonaqlarının üzünə açmağa hazırdır.
Azərbaycanın sakit və gözəl bir guşəsi olan Qəbələdə, Nohur gölün ətrafında yerləşən unikal sağlamlıq kompleksi “Chenot Palace Gabala” öz səhhətini yaxşılaşdırmaq və immunitetini möhkəmləndirmək istəyən hər kəsi yenidən qonaq etməyə hazırdır.
Şeno Metodu əsasında hazırlanmış xüsusi sağlamlıq proqramlarından keçmək istəyənlər üçün sağlamlıq kompleksinin qapıları 19 avqust tarixindən etibarən yenidən açılacaqdır.
Bu metod gündəlik stresdən, həddindən artıq yüklənmədən və əmək qabiliyyətinin aşağı düşməsindən əziyyət çəkən və istirahətə ehtiyac duyan şəxslər üçün unikal sağlamlaşdırıcı vasitədir. Bioenergetik analiz daxili orqanlarınızın yaşının – sizin həqiqi yaşınızla nə dərəcədə uyğun olduğunu, eləcə də stres səviyyəsini müəyyən etməyə imkan verəcək. Məhz bu məlumatlar əsasında həkimlər Şeno metoduna görə bütün proqramların əsasını təşkil edən hidroaromaterapiya və meridianlar boyunca energetik masaj prosedurları ilə bağlı bütün nüansları müəyyən edə biləcəklər.
Adı çəkilən metod orqanizminizin hüceyrələrinin daha zərif və effektiv yolla bərpa olunmasına imkan verir ki, bu da öz növbəsində ümumilikdə cavanlaşma və sağlamlaşdırma prosesinin ayrılmaz tərkib hissəsini təşkil edir.
“Chenot Palace Gabala” sağlamlıq kompleksində həm məkanların, həm də bütün avadanlıqların təmizliyinə və dezinfeksiyasına hər zaman yüksək diqqətlə yanaşılır. Habelə, sizin rahat şəkildə vaxt keçirməyiniz üçün çalışan həkimlərin və bütün personalın işinin təmizliyinə və səliqəsinə nəzarət olunur.
“Chenot Palace Gabala” kompleksinin İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Zəhra Bədəlbəylinin sözlərinə görə, bütün dünyada tüğyan edən pandemiya dövründə kompleksin ərazisində dezinfeksiya prosedurları gücləndirilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına, eləcə də “SAHMAN”-nın göstərişlərinə uyğun olaraq həyata keçirilmişdir. Mütəmadi olaraq nömrələrin, tibbi şöbənin və kompleksin bütün ərazisinin dezinfeksiyası işləri aparılır. Bütün ictimai yerlərdə təhlükəsizlik qaydalarına dair lövhələr və əllər üçün dezinfeksiyaedici vasitələr quraşdırılıb. Həm qeydiyyat zamanı, həm də kompleksin restoranında sosial məsafə qaydalarına riayət olunur.
Kompleksin bütün işçi personalına qeyd olunan qaydalarla bağlı hər həftə təlimlər keçirilir.
Məhz belə bir dövrdə sağlamlığımızın qayğısına qalmaq və immunitetimizi yüksəltmək daha önəmlidir. Şeno metodu əsasında hazırlanan və proqrama daxil edilən bütün proseduralar immun sisteminin möhkəmləndirilməsinə çox gözəl təsir edir.
Bundan əlavə, “Chenot Palace Gabala” kompleksində tənəffüs yolu orqanlarının və qan damarlarının ozonlaşdırılması üçün ən müasir avadanlıqlar və mütəxəssislər mövcuddur. Qeyd olunan prosedur virus xəstəliklərinin effektiv profilaktikası vasitəsi hesab olunur.
Sağlamlığın qorunmasında müasir imkanlardan istifadə edən bir çox Avropa ölkələrində olduğu kimi, burada da qısa müddət ərzində orqanizmdə cavanlaşma prosesinin başlanmasına kömək edən, iltihab prosesini aradan qaldıran, yuxu rejimini normaya salan, qan dövranını və psixoloji vəziyyəti yaxşılaşdıran -110С-lik unikal kriokameralar təklif olunur. Eyni zamanda bu prosedur digər prosedur komplekslərinə də əlavə olunur ki, bu da öz növbəsində ümumi nəticəyə ən effektiv şəkildə müsbət təsir göstərir.
Kompleksin ərazisini əhatə edən meşələrin, dağların və Nohur gölün əsrarəngiz mənzərəsi müsbət effektə malik mənəvi və fiziki sağlamlaşma və istirahət məqsədilə həyata keçirilən Şeno Metodu əsasında hazırlanmış proqramı mükəmməl şəkildə tamamlayır.
Bu konsepsiya nəinki yerli, eyni zamanda əcnəbi qonaqlar tərəfindən də maraqla qarşılanır.
Qəbələdə yerləşən “Chenot Palace Gabala” sağlamlıq kompleksinə bir dəfə gəlməklə kompleksin daimi müştərilərinə çevrilmiş bir çox məşhur şəxsin də ürəyini fəth etmişdir.
Beləliklə, Qəbələdə yerləşən “Chenot Palace Gabala” sağlamlıq kompleksinin personalı 19 avqust tarixindən etibarən özünün daimi və yeni qonaqlarının yolunu böyük səbirsizliklə gözləyir.
E-mail: [email protected]
Telefon: +994 24 205 44 11/04
+994 50 290 28 78/90
Ünvan: Nohurqışlaq, Qəbələ
Website: www.chenotpalacegabala.com
Facebook Instagram Youtube Vkontakte
Reklam hüququnda