Mükəmməl formalı simsiz qulaqcıq - Galaxy Buds Live
Bir müddət öncə təqdim olunan Galaxy Buds Live simsiz qulaqcıqlarının ərsəyə gətirilməsi Samsung-dan inanılmaz cəhdlər tələb edib. Belə ki, "mükəmməl" qulaqcığın hazırlanması çətin bir proses olub, mühəndis və dizaynerlərin qabağında bir sıra mürəkkəb vəzifələr qoyuluşdur, buna misal olaraq, əsas məqsəd gün ərzində istifadəsi rahat olacaq unikal bir formalı cihazın yaradılması idi. Nəticədə, bu məqsədə çatmaq üçün 80 “sadə prototip” (kiçik hissələri olmayan nümunələr) və 320 maket sınaqdan keçirilmişdir. Əlavə olaraq, arzu olunan nəticənin əldə edilməsi üçün təcrübəyə 2000 könüllü cəlb edilmişdir. Tərtibatçılar qeyd edirlər ki, iştirakçıların əksəriyyətinin qulaqcıq istifadəsindən razı qalması faktının vacib məqam olduğundan sınaqların ən çətin hissəsi rahatlıq standartlarının təyin edilməsi olub.
Beləliklə, Galaxy Buds Live "lobyaya" bənzər formada ərsəyə gətirilmişdir. Qulağın anatomik quruluşunu təkrarlayan açıq tipli bu qulaqcıqlar uzun müddət istifadə zamanı belə rahatlığınızı təmin edir.
Formasından əlavə, mühəndislər aksessuarın "tərkibinə" də diqqət yetiriblər. Kənar səsləri effektiv şəkildə aradan qaldıran aktiv səs boğucu texnologiyası (ANC) ilə təchiz olunmuş qulaqcıqlar, səs-küylü yerlərdə belə əlavə maneə olmadan musiqi sədalarından zövq almağa imkan yaradır. Underwriters Laboratories şirkətinin təqdim etdiyi məlumata görə, Galaxy Buds Live-ın səs boğucu sistemi kənar səslərin 97% aradan qaldırır.
Galaxy Buds Live, zəngin və aydın səs ötürülməsinin təmin edilməsi məqsədilə hava axınının xaric edilməsi üçün bas kanalı ilə təchiz edilmiş geniş 12 mm dinamikə sahibdir. Qeyd etmək lazımdır ki, burada "səslənmə" AKG standartları ilə dəstəklənir.
Bundan əlavə, hər qulaqcıq üç mikrofon və sümük keçirici sensor ilə təchiz edilib. Bəs, sümük keçirici sensor nə deməkdir? Ən yüksək keyfiyyətli səs ötürülməsini təmin etmək üçün, adaptiv sistem çənə hərəkətlərini təqib edərək, zəng zamanı sümük titrəmələrini səs siqnalına çevirir. Beləliklə, həmsöhbətiniz ətraf səs-küyün səviyyəsindən asılı olmayaraq hər zaman səsinizi aydın eşidəcəkdir.
Həmçinin, Swift Pair funksiyası sayəsində qulaqcıqlar Windows sistemi üzərindən işləyən kompüterlərə və noutbuklara dərhal qoşulur və Android cihazları ilə mükəmməl işləyir. Burada, həm də Samsung istehsalı olan ən son cihazlarda təqdim olunduğu kimi iOS ilə işləmə dəstəklənir, bunun üçün sadəcə Galaxy Buds Live tətbiqini quraşdırmaq yetərlidir.
Galaxy Buds Live-in işləmə vaxtı (səs boğucu aktiv olduğu alda) 6 saat, saxlama keysini istifadə etdikdə isə əlavə olaraq 21 saat təşkil edir.
Qeyd edilən futlyarın ərsəyə gətirilməsi üçün 30 prototip istifadə olunub. Belə ki, Samsung komandası keysin ideal ölçüsünü və formasını müəyyənləşdirərək, onun asanlıqla cibinizə və ovcunuza yerləşməsi üçün kiçik bir formatda tərtib etmişdirlər.
Xatırladaq ki, hazırda xüsusi aksiya davam edir. Belə ki, avqust ayının 6-dan 26-dək Galaxy Note 20 Ultra və ya Galaxy Note20 smartfonlarını əvvəlcədən sifariş etməklə Galaxy Live Buds-ı hədiyyə olaraq qazanmaq şansı əldə edirsiniz (hədiyyəlik məhsulun rəngi dəyişə bilər). Xüsusi təklifdən yararlanmağa tələsin!
Galaxy Buds Live haqqında ətraflı məlumatı Baku Electronics, Irşad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Reklam hüququnda