Tural Gəncəliyev: “Torpaqlar alınan kimi hamımız geri dönəcəyik” | 1news.az | Xəbərlər
Cəmiyyət

Tural Gəncəliyev: “Torpaqlar alınan kimi hamımız geri dönəcəyik”

16:26 - 03 / 10 / 2020
Tural Gəncəliyev: “Torpaqlar alınan kimi hamımız geri dönəcəyik”

"Azərbaycanın həyata keçirdiyi əks-hücum planları işğalçıların ərazimizdən qovulmasına hesablanıb. Ölkə Konstitusiyasının 9-cu maddəsi silahlı qüvvələrdən bəhs edir. Hazırda Ordumuz əməliyyat keçirməklə torpaqların işğalçılardan təmizlənməsi və əhalimizin geri qayıtması üçün cəhdlər edir".

1news.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib. 

O deyib ki, Azərbaycan Ordusunun əks-həmlə əməliyyatlarını dəstəkləyirlər: "Bəyan edirik ki, torpaqlar azad edilən kimi hamımız bir nəfər kimi geri dönəcəyik".

1news.az

Paylaş:
338

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər