Azərbaycanda olan hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyatlar barədə məlumatlandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda olan hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyatlar barədə məlumatlandırılıb

15:23 - 05 / 10 / 2020
Azərbaycanda olan hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyatlar barədə məlumatlandırılıb

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq verilmişdir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, brifinq iştirakçılarının diqqətinə işğal olunmuş ərazilərdə həyata keçirilən əməliyyatların gedişatı və azad olunmuş ərazilər, düşmən qüvvələrinə vurulmuş ziyan barədə məlumat verilib.

Bundan əlavə qonaqlara təmas xəttindən xeyli uzaqda yerləşən Azərbaycanın şəhər və rayonlarına düşmənin raket və artilleriya zərbələri endirməsi barədə də ətraflı məlumat çatdırılıb.

Düşmənin açdığı atəş zərbələri nəticəsində dinc əhali və mülki infrastruktura dəyən ziyan, eləcə də düşmən ordusunun öz hərbi qulluqçularına qarşı göstərdiyi qeyri-insani münasibət və hərəkətlər barədə faktlar da diqqətə çatdırılıb.

Paylaş:
253

Son xəbərlər

Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edibBu gün, 10:13Silahlı Qüvvələr günü münasibətilə Qusarda qazilərlə görüş keçirilib - FOTOBu gün, 10:06Kamaləddin Qafarov: “Ordumuz çox böyük tarix yazıb”Bu gün, 10:00İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edibBu gün, 09:38Kəlbəcərdə qəza olub - Ölən və yaralananlar varBu gün, 09:28Ağcabədidə oğurluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 09:24Rəşadətli Azərbaycan Ordusu 106 yaşındaBu gün, 09:11Müdafiə Naziri: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir25 / 06 / 2024, 22:27Dövlət başçısı bəzi hərbi qulluqçulara ali hərbi rütbə verdi25 / 06 / 2024, 22:23Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edildi25 / 06 / 2024, 22:20Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib25 / 06 / 2024, 22:11Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib25 / 06 / 2024, 21:47Müəllimlərin sertifikasiya imtahanlarında zəif nəticə göstərən bölgələr açıqlanıb25 / 06 / 2024, 17:50SABAH qrupları bakalavriat səviyyəsində müəllimlərin işə qəbulu üzrə müsabiqə elan olunur25 / 06 / 2024, 17:39Milli Məclisin 28 iyunda keçiriləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI25 / 06 / 2024, 17:27Agentlik monitorinq keçirdi - Bəzi dondurmalarda bakteriya aşkar edilib - FOTO25 / 06 / 2024, 17:12PAŞA Holding-in tələbələr üçün təşkil etdiyi “Əlaçı” təqaüd proqramının bağlanış tədbiri baş tutub - FOTO25 / 06 / 2024, 17:06Xidmət rəisindən güclü küləklə bağlı əhaliyə müraciət25 / 06 / 2024, 16:56AFFA iki kluba texniki məğlubiyyət verib25 / 06 / 2024, 16:49Ərdoğan və Putin arasında telefon danışığı olub25 / 06 / 2024, 16:45
Bütün xəbərlər