Türkiyə PA: Ermənistan Azərbaycanın bütün tələblərini qəbul etməlidir | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə PA: Ermənistan Azərbaycanın bütün tələblərini qəbul etməlidir

14:57 - 08 / 10 / 2020
Türkiyə PA: Ermənistan Azərbaycanın bütün tələblərini qəbul etməlidir

Hələ ki gec deyil, Ermənistan Azərbaycanın bütün tələblərini qəbul etməlidir.

1news.az bildirir ki, bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, Azərbaycanın bütün tələblərinin qəbul olunması, ilk növbədə, erməni xalqının xeyrinədir:

"Azərbaycan Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etməklə beynəlxalq hüquqa əməl edir".

Administrasiyadan bildiriblər ki, Ermənistan rəhbərliyi cəzasızlıq və dünya ictimaiyyətinin susqunluğuna arxalanaraq öz xalqını məhv edir:

"Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, dinc sakinlərlə döyüşmür. Amma Ermənistan qoşunları Azərbaycanın dinc əhalisini artilleriya atəşinə tutur ki, bu da hərbi cinayətdir".

O da qeyd olunub ki, Türkiyə dünya ictimaiyyətini öz ərazisində azadlıq mübarizəsi aparan Azərbaycana qarşı ikili standartların tətbiqini dayandırmağa çağırır.

1news.az

Paylaş:
518

Son xəbərlər

Bütün xəbərlər