Zelenski Qərbi xəbərdar etdi - məğlub olsaq, 20 milyon ukraynalı Avropaya gələcək | 1news.az | Xəbərlər
Dünya

Zelenski Qərbi xəbərdar etdi - məğlub olsaq, 20 milyon ukraynalı Avropaya gələcək

1news Redaksiyası17:50 - Bu gün
Zelenski Qərbi xəbərdar etdi - məğlub olsaq, 20 milyon ukraynalı Avropaya gələcək

Rusiyanın Ukraynaya qarşı müharibədə qələbə qazanması 20 milyona qədər ukraynalının Avropa İttifaqı (Aİ) ölkələrinə köçməsinə gətirib çıxara bilər.

1news.az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldəki mətbuat konfransında bildirib.

"Biz məğlub olsaq nə olacaq? Bilmirəm, 20 milyon ukraynalı Avropaya gələcək", - o deyib.

Prezidentin sözlərinə görə, Rusiyanın qələbəsi Ukrayna dövlətinin mövcudluğunun özünü təhlükə altına qoyacaq, çünki söhbət təkcə Donbas və digər ərazilərə nəzarətdən getmir. Zelenski bildirib ki, Moskva Ukraynanın şərq əraziləri ilə məhdudlaşmaq niyyətində deyil və əgər qarşısı alınmazsa, öz məqsədlərinə nail olmağa davam edəcək.

Ukrayna Prezidenti həmçinin xəbərdarlıq edib ki, Moskva Avropa ölkələrinin hava məkanının pozulmasına və pilotsuz uçuş aparatlarının hücumlarına reaksiya vermək hazırlığını yoxlayır və tərəfdaşlarını onun ölkəsinə dəstəyi davam etdirməyə çağırıb.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər