Azərbaycan Prezidenti: “Bizdə olan məlumata görə, Gəncəyə hücum qərarı şəxsən Paşinyan tərəfindən verilib” | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti: “Bizdə olan məlumata görə, Gəncəyə hücum qərarı şəxsən Paşinyan tərəfindən verilib”

16:40 - 12 / 10 / 2020
Azərbaycan Prezidenti: “Bizdə olan məlumata görə, Gəncəyə hücum qərarı şəxsən Paşinyan tərəfindən verilib”

“Gəncə hücumunun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilib”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində bildirib.

“Bizdə dəqiq məlumat var ki, Paşinyan hazırda psixoloji sarsıntılar keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir”, - deyə dövlət başçısı qeyd edib.

1news.az

Paylaş:
620

Son xəbərlər

Bütün xəbərlər