Milli Məclisin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 360 min manat ianə edib | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 360 min manat ianə edib

19:21 - 12 / 10 / 2020
Milli Məclisin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 360 min manat ianə edib

Milli Məclisin kollektivi Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 360 min manat pul vəsaiti köçürüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq bu günlərdə Milli Məclisin Sədri, Sədr müavinləri, deputatlar, parlament Aparatının və İşlər idarəsinin kollektivləri Silahlı Qüvvələrə Yardım Fonduna 360 min manat ianə ediblər.

Şanlı Ordumuza onun qarşısında duran vəzifələrin yerinə yetirilməsində uğurlar diləyirik. Yeni-yeni zəfərlər müjdəsi ilə!

Biz birlikdə güclüyük!

Qarabağ Azərbaycandır!

S.Xankişiyeva

 

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər