Ermənistanın Türkiyə manipulyasiyası - TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanın Türkiyə manipulyasiyası - TƏHLİL

12:57 - 12 / 10 / 2020
Ermənistanın Türkiyə manipulyasiyası - TƏHLİL

Sentyabrın 27-dən etibarən demək olar ki, bütün cəbhə xətti boyunca erməni ordusunun təxribatının başlaması, ordumuzun qəti əks-hücuma keçərək düşmən qüvvələrini darmadağın edərək irəliləməsi artıq aksiomdır. Torpaqlarımızın ardıcıl olaraq azad edilməsi prosesi Ermənistan siyasi rəhbərliyində sözün həqiqi mənasında şok effekti yaratmışdır.

Rəsmi İrəvan hərbi uğursuzluğunu etiraf etməkdənsə onu müxtəlif yalan bəyanatlarla konpensasiya etmək, dünyada tərəfdar toplamaq, daxili auditoriyaya psevdovətənpərvərlik “ballada”ları oxumaq yoluna əl atıb. Əlbəttə, Ermənistanın narahatçılığı anlaşılandır. Hər tərəfdən üzük qaşı kimi Türk faktoru (Türkiyə, Azərbaycan, İran azərbaycanlıları, Gürcüstan azərbaycanlıları) ilə əhatələnməsi, üstəlik Gürcüstanla əlaqələrin o qədər də ürəkaçan olmaması, Rusiyanın 90-cı illərdəki kimi Ermənistana himayəçilik etməməsi bu ölkənin özü haqqında yenidən “təklənmiş”, “məzlum” təqdimatına ehtiyac yaradıb. Bu prosesdə, Nikol Paşinyanın son bəyanatlarına diqqət yetirmək kifayətdir. Guya döyüşənlərin Türkiyə hərbçiləri olması, Türkiyəyə məxsus F-16 qırıcı təyyarəsinin onlara məxsus Su-25 təyyarəsini vurması, Suriya müxalifətinə aid “terrorçu” adlandırdığı qüvvələrin Qarabağa gəlməsi onun çıxışlarının əsas tezisləridir. Əlbəttə, Paşinyanın heç bir fakta əsaslanmayan, yalnız dünya ictimaiyyətinin fikrini çaşdırmağa hesablanmış bu tezisləri Ermənistan rəhbərinin, əslində, bəri başdan məğlubiyyətinin etirafıdır. Bunu erməni yepiskop Parq da mətbuata verdiyi açıqlamada təsdiqlədi. Belə ki, erməni din xadimi bu cür iddiaları həddən artıq şişirdilmiş saydığını söyləyib: “Hazırkı şəraitdə Ermənistanın Türkiyə ilə müharibə apardığını deməzdim. Bu, çox mübaliğəli çıxır. Türkiyənin bu müharibədə birbaşa iştirakına inanmıram. Türkiyənin bu müharibədə iştirak edib-etməməsi ilə bağlı baş sındıranlara isə demək istəyirəm ki, vaxt itirməsinlər. Qarşılarındakılarla mübarizə aparsınlar”.

Bəs N. Paşinyan bu tezisləri dönə-dönə təkrarlamaqla əsas hansı məqsədləri güdür?

- Öncə “Ermənistan Azərbaycanla deyil, Türkiyəylə savaşır” tezisinə daxili auditoriyanı inandırmaqdır. O, bu fikirləri durmadan dövriyyəyə buraxır ki, erməni cəmiyyəti ondan Azərbaycan Ordusunun irəliləməsi və məğlubiyyətin hesabatını tələb edəndə desin ki, biz təkləndik.

- İllərdir bir sıra dövlətlərin Türkiyəyə qarşı kozır kimi istifadə etdiyi qondarma erməni soyqırımı proqramına uyğun gəldiyi üçün Türkiyəni hədəfə gətirmək. Türkiyə və Azərbaycanın birləşərək guya Qarabağ ermənilərini soyqırıma uğradacağı yalanına dünyanı inandırmaq. Təsadüfi deyil ki, o, BBC kanalına müsahibəsində müxbir Cona Fişerin suallarını cavablandırarkən “soyqırımı” blefini yenidən təkrarlayıb. Bu kimi fikirlərlə dünyanın böyük xristian dövlətlərinin diqqətini cəlb etməklə Türkiyəni Azərbaycana mənəvi dəstək verməkdən çəkindirmək, bu dəstək davam edərsə həmin dövlətləri münaqişəyə tərəf kimi cəlb etməkdir. O düşünür ki, yalnız bununla, Azərbaycan məcburi olaraq öz hərbi eskalasiyasını dayandıracaqdır.

- Üçüncü əsas faktorlardan biri də Paşinyanın vaxt qazanmaq istəyidir. Vaxtı isə yenidən güc toplamaq, dronlar almaq, Avropa ölkələrindən, birbaşa Fransadan hərbi dəstək əldə etmək, Livandan və Suriyadan minlərlə terrorçu erməniləri və kürd separatçılarını Dağlıq Qarabağa transfer etmək üçün istəyir. Azərbaycan Prezidenti də, çıxışında məhz, bu məqama toxunaraq bildirmişdi ki, Paşinyan ona müxtəlif dünya ölkələri liderlərindən  zəng etdirir və zəng edənlər hücumun dayandırılmasını istəyirlər. Lakin biz onlara dedik ki, biz öz torpağımızda vuruşuruq və dayansaq onlar yenidən  güc toplayacaqlar.

- Dördüncü əsas məsələ isə KTMT-dir. Ermənistan hər vəchlə bu təşkilatı münaqişəyə cəlb etmək istəyir və bunun üçün demək olar ki, hər gün Azərbaycanın müxtəlif şəhərlərini raket atəşinə məruz qoyur. Bu, əsl şantajdır. Ermənilərin hətta “Bakı-Tblisi-Ceyhan” neft boru kəmərinə zərbə endirmək üçün cəhd etməsi də bununla bağlıdır. BTC-nin Türkiyə və Azərbaycan üçün strateji cəhətdən mühüm xətt olması Türkiyə və Azərbaycanın Ermənistan ərazisində əməliyyatlara başlamasına da səbəb ola bilər. Bu ehtimalı qaçırmayan Nikol bütün vasitələrlə çalışır ki, Türkiyəni münaqişədə tərəf kimi göstərməyə nail olsun və nəhayət KTMT-dən əsaslı dəstək əldə etsin.

Lakin görünən tərəf odur ki, Rusiyada Paşinyandan fərqli düşünürlər. Onlar Ermənistan baş nazirinə o qədər də bel bağlamır, erməni baş nazirin Türkiyə faktorunu qabartmaqla manipulyasiya etdiyinin fərqindədirlər. Bu barədə artıq rus KİV-lərində də ekspertlər yazır. Vk.ru saytında dərc olunan analtik məqalədə qeyd edilir ki, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə müdaxilədə ittiham etdiyi Türkiyə NATO üzvüdür və Qərb onunla əlavə münaqişəyə girməyəcək. Avropa və ABŞ üçün Qarabağ münaqişəsi periferik xarakter daşıyır. Lakin İrəvan Kremlin neytrallığını qoruyacağı halda, Qərb təsirini artırmağa hazır olmasını nümayiş etdirmək cəhdlərini davam etdirir. “Çoxvektorluluq” siyasəti isə çətin ki, Rusiyada qəbul ediləcək və çox güman, sadəcə Paşinyana etimad göstərməyin yersiz olduğunu ortaya qoyacaq.

Anar TURAN,

Araşdırmaçı-jurnalist

 

 

 

 

 

 

 

 

Paylaş:
578

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər