ABŞ-ın İllinoys ştatında yaşayan soydaşlarımız Gəncə terrorunu pisləyən aksiya keçiriblər – FOTO | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın İllinoys ştatında yaşayan soydaşlarımız Gəncə terrorunu pisləyən aksiya keçiriblər – FOTO

18:26 - 17 / 10 / 2020
ABŞ-ın İllinoys ştatında yaşayan soydaşlarımız Gəncə terrorunu pisləyən aksiya keçiriblər – FOTO

ABŞ-ın İllinoys ştatında yaşayan soydaşlarımız Gəncə terrorunu pisləyən aksiya keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, aksiya Çikaqo şəhərində keçirilib və iştirakçılar Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəf almasını, ölkəmizin müxtəlif şəhər və rayonlarında onlarla günahsız insanın qətlə yetirilməsini, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər. Aksiya iştirakçıları cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin gecə saatlarında ağır artilleriya atəşinə tutulmasını erməni vandalizminin bariz nümunəsi olduğunu qeyd ediblər.

Bildirilib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcabədi və digər rayonlarının ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin göstəricisidir. Aksiya iştirakçıları mülki əhaliyə qarşı törədilən cinayətləri pisləyərək, beynəlxalq ictimaiyyəti erməni vəhşiliyini qınamağa və ərazi bütövlüyünün bərpası istiqamətində apardığı haqlı mübarizədə Azərbaycanı dəstəkləməyə səsləyiblər.

Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni ilə yanaşı İstiqlal marşı oxunub, müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Erməni terroruna son!”, “Uşaqları öldürməyin!”, “Mülki şəxsləri öldürməyin”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Biz ədalət istəyirik!” kimi şüarlar səsləndirilib.

Aksiya iştirakçıları sonda erməni konsulluğunun binasının önünə gedərək etirazlarını bildiriblər.

S.Xankişiyeva

 

Paylaş:
567

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər