Dövlət başçısı: “Ola bilər ki, ermənilər bizi günahlandırmaq üçün bunu özləri ediblər” | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət başçısı: “Ola bilər ki, ermənilər bizi günahlandırmaq üçün bunu özləri ediblər”

13:01 - 31 / 10 / 2020
Dövlət başçısı: “Ola bilər ki, ermənilər bizi günahlandırmaq üçün bunu özləri ediblər”

"Artıq qeyd etdiyim kimi, bu, ehtimal ki, bizim artilleriyanın səhvi olub və ya, ikinci variant o ola bilər ki, ermənilər bizi günahlandırmaq üçün bunu özləri ediblər".

1news.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin "Necə olub ki, Dağlıq Qarabağda kilsəyə zərbə endirilib?" sualına cavabında deyib.

Dövlət başçısı kilsənin dronla vurulmadığını da bildirib.

Jurnalistin "Xristianlar öz kilsələrinə atəş açıblar?" sualına isə Prezident belə cavab verib:

"Lakin bu, kiçik ziyan idi. Dağılmayıb. Siz oranın şəkillərini görmüsünüz? Kiçik ziyandır. Kilsə dağılmayıb. O, maksimum iki həftəyə təmir edilə bilər. Ona görə də, bizdə şübhə var ki, bu, bizi günahlandırmaq üçün onların özləri tərəfindən törədilmiş ola bilər. Bakıdakı erməni kilsəsinə baxın. Biz onu qoruyub saxlayırıq. Biz onu bərpa etmişik.

Burada, Bakıdakı erməni kilsəsi bizim tərəfimizdən qorunub saxlanıb. Biz onu dağıtmamışıq. Biz onu qoruyuruq. Biz orada minlərlə erməni kitabı saxlayırıq. Onlar isə işğaldan azad edilmiş Zəngilanda məsciddə donuz saxlayırdılar. Fərq bundadır".

Qafar Ağayev

Paylaş:
349

Son xəbərlər

Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 407 / 07 / 2024, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23Sabunçuda 5 otaqlı ev yanıb06 / 07 / 2024, 16:54Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir06 / 07 / 2024, 16:38Qubada 1 nəfər göldə batıb06 / 07 / 2024, 16:19Abşeronda zəncirvari qəza baş verib, yaralılar var06 / 07 / 2024, 15:59Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb06 / 07 / 2024, 15:31Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb06 / 07 / 2024, 15:03Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb06 / 07 / 2024, 14:47Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb06 / 07 / 2024, 14:29Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub06 / 07 / 2024, 14:08Azərbaycan bu günlərdə TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb06 / 07 / 2024, 14:05Azərbaycan Prezidenti: XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır06 / 07 / 2024, 13:52Prezident: Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir06 / 07 / 2024, 13:32Azərbaycan-İran sərhədini pozanlar əmrə tabe olmayıb, xəbərdarlıq atəşi açılıb06 / 07 / 2024, 13:02Bazar gününün hava proqnozu06 / 07 / 2024, 12:42Prezident Şuşada TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb06 / 07 / 2024, 12:14Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb06 / 07 / 2024, 11:52
Bütün xəbərlər