İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satan şəxsi polis saxladı

Abşeron rayonunda oğurluq hadisəsi qeydə alınıb. Zərərçəkən “Toyota” markalı avtomobilini icarəyə verdiyini, daha sonra təhvil aldıqda 2000 manat dəyərində ehtiyat hissələrinin sökülərək oğurlandığını bildirib.
1news.az xəbər verir ki, polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədov müəyyən olunaraq saxlanılıb. Onun taladığı ehtiyat hissələrini satdığı məlum olub.
Araşdırma aparılır.
33











