Çempionlar Liqası: “Real” “İnter”ə, “Liverpul” “Atalanta”ya qarşı
Bu gün Çempionlar Liqasında 3-cü tura start veriləcək.
1news.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 8 matç keçiriləcək.
Turun mərkəzi qarşılaşması Madriddə olacaq. Bakı vaxtı ilə 00:00-da başlayacaq görüşdə "Real" Milan "İnter"ini qəbul edəcək. B qrupunun digər matçında "Şaxtyor" öz meydanında Münhenqladbax "Borussiya"sı ilə qarşılaşacaq.
A qrupunda "Atletiko" Rusiyaya səfər edəcək. Madrid təmsilçisi Moskva "Lokomotiv"inin qonağı olacaq.
Qrupun digər oyununda isə "Zalsburq" "Bavariya"nı qəbul edəcək.
C qrupunda itkisiz irəliləyən "Mançester Siti" "Olimpiakos"la evdə münasibətlərinə aydınlıq gətirəcək.
D qrupunda isə liderlər İtaliyada üz-üzə gələcək. "Liverpul" "Atalanta"nın qonağı olacaq.
3 noyabr
Çempionlar Liqası, 3-cü tur
A qrupu
21:55. "Lokomotiv" (Rusiya) - "Atletiko" (İspaniya)
00:00. "Zalsburq" (Avstriya) - "Bavariya" (Almaniya)
B qrupu
21:55. "Şaxtyor" (Ukrayna) - "Borussiya" (Mönhenqladbax, Almaniya)
00:00. "Real" (İspaniya) - "İnter" (İtaliya)
C qrupu
00:00. "Mançester Siti" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)
00:00. "Porto" (Portuqaliya) - "Marsel" (Fransa)
D qrupu
00:00. "Midtülland" (Danimarka) - "Ayaks" (Niderland)
00:00. "Atalanta" (İtaliya) - "Liverpul" (İngiltərə)
1news.az