Nazirlik: Ermənistan müdafiə nazirliyi yenidən öz ampluasında – yenə də yalan uydurur | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: Ermənistan müdafiə nazirliyi yenidən öz ampluasında – yenə də yalan uydurur

17:55 - 03 / 11 / 2020
Nazirlik: Ermənistan müdafiə nazirliyi yenidən öz ampluasında – yenə də yalan uydurur

Ermənistan Müdafiə Nazirliyi ictimaiyyəti yanlış məlumatlandırmaqda davam edir.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən 1news.az-a məlumat verilib.

Bildirilib ki, Ermənistan tərəfinin guya erməni mövqeləri istiqamətində artilleriya zərbələri endirilməsi nəticəsində bir neçə mərminin İran ərazisinə düşməsi barədə xəbəri “boş patronla havaya güllə atmaq” kimidir:

"Birincisi, döyüş əməliyyatları çoxdan sərhəddən şimal istiqamətində və İran ərazilərindən xeyli uzaqlıqda aparılır.

İkincisi, nəzərə alsaq ki, Azərbaycan Ordusu döyüş əməliyyatlarını şimal istiqamətində keçirir, yəni İranla həmsərhəd ərazilərdən işğal altındakı ərazilərin dərinliyinə doğru, hətta nəzəri cəhətdən belə bölmələrimizin atdığı mərmilər İran ərazisinə heç cürə düşə bilməz.

Göründüyü kimi, Ermənistan müdafiə nazirliyinin nümayəndəsi məlumat mətnini yenidən səhv salıb".

Qafar Ağayev

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər