“Dedim, sən necə böyümüsən oğlum, xəbərim olmayıb” - Məşhur topçunun atası danışdı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dedim, sən necə böyümüsən oğlum, xəbərim olmayıb” - Məşhur topçunun atası danışdı

16:50 - 04 / 11 / 2020
“Dedim, sən necə böyümüsən oğlum, xəbərim olmayıb” - Məşhur topçunun atası danışdı

“Axşam evdəydim. Dostlardan biri zəng elədi ki, internetdə Vüsalın şəkli yayılıb. Ürəyim düşdü. Nə şəkil, nə foto, deyə soruşdum. Dedilər ki, İslam, qorxub eləmə, salamatçılıqdır. Bütün Azərbaycan sənin oğlundan danışır”.

1news.az xəbər verir ki, bunu Lent.az-a son günlər fotosu bütün sosial şəbəkələri, saytları bəzəyən topçu əsgərimizin atası İslam Şahkərimov deyib. Yəqin bildiz söhbət kimdən gedir. Topla düşmən üzərinə od saçan, sonra da arxaya belə dönmədən məğrur görkəm almış o əsgərimizdən. Vüsal İslam oğlu Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Orta təhsilini eyni kənddə şəhid Arif Məmmədov adına orta məktəbdə alıb.

Atası onun barəsində danışır:

“Məktəbdə çox yaxşı oxuyurdu. Nizamlı uşaq idi. Həm də çox sakit, tərbiyəli. Orta məktəbi bitirəndən sonra sənədlərini ali məktəbə verdi. Amma ödənişliyə düşdü. Düzü, imkanımız olmadı onu oxutmağa. Elə özü də dedi ki, əsgər gedim qayıdım pulsuza düşüb oxuyacam”.

İslam kişi deyir ki, Vüsalın fotosunu ona göstərəndə göz yaşlarını saxlaya bilməyib:

“Dedim, qurban olum sənə, sən necə böyümüsən ki, xəbərim olmayıb. Qəhrəman balam, dedim, telefonu qucaqlayıb öpdüm. Mən fəxr edirəm ki, belə bir oğul böyütmüşəm. Şükürlər olsun ki, belə oğullarımız sayəsində əsgərlərimiz erməniləri iti qovan kimi qovub çıxarır işğal olunmuş kəndlərimizdən. Qoy qısa müddətdə qələbəmizlə bitsin müharibə. Bütün oğullarımız salamat qayıtsın. Amin!”.

1news.az

Paylaş:
660

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər