Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi olacaq | 1news.az | Xəbərlər
Dünya

Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi olacaq

14:16 - 29 / 11 / 2020
Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi olacaq

Çadın sabiq xarici işlər naziri Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yeni Baş katibi olacaq. Nigerin paytaxtı Niameydə başa çatmış İƏT Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyasının iştirakçıları onun namizədliyini dəstəkləyib. Yeni Baş katib səlahiyyətlərinin icrasına 2021-ci ilin noyabrında başlayacaq.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, sessiyada çıxış edən İƏT-in hazırkı Baş katibi Yusif Əl-Osaymin xələfini təbrik edib. Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Faysal bin Fərhan nazirlər adından Hissein Brahim Tahanı təbrik edərək ölkəsinin ona hər cür dəstək göstərəcəyini deyib. O, təşkilatın fəaliyyətində böyük xidmətlərinə görə Yusif Əl-Osayminə təşəkkürünü bildirib.

1news.az

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər