Dünyada koronavirusa yoluxma hallarının sayı 63 milyona yaxınlaşıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxma hallarının sayı 63 milyona yaxınlaşıb

09:20 - 02 / 12 / 2020
Dünyada koronavirusa yoluxma hallarının sayı 63 milyona yaxınlaşıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 453 mindən çox artıb.

1news.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Bildirilir ki, ötən sutka ərzində 453 170 nəfər yeni koronavirusa yoluxub, 7 837 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 62 844 837, ölənlərin isə 1 465 144 nəfərə çatıb.

Sutka ərzində ən çox yoluxma halları Cənubi və Şimali Amerikada qeydə alınıb (211 548). Daha sonra Avropa (154 516) və Cənub-Qərbi Asiya (41 791) regionları gəlir.

1news.az

Paylaş:
614

Son xəbərlər

Bütün xəbərlər