“Napoli”nin stadionuna Maradonanın adı verildi
İtaliyanın "Napoli" klubunun stadionunun adı dəyişdirilib.
1news.az xəbər verir ki, bununla bağlı "Football Italia" məlumat yayıb.
Bildirilib ki, "San Paolo" şəhər stadionu əfsanəvi futbolçu Dieqo Armando Maradonanın şəfərinə adlandırılıb.
Maradona 1984-1991-ci illərdə "Napoli"nin şərəfini qoruyub.
Qeyd edək ki, 60 yaşlı Maradona noyabrın 25-də vəfat edib və iki gün sonra Buenos-Ayresdəki "Bella vista" qəbiristanlığında torpağa tapşırılıb.
1news.az
890