Yerevanda bank direktorunun avtomobili partladıldı | 1news.az | Xəbərlər
Ermənistan

Yerevanda bank direktorunun avtomobili partladıldı

15:46 - 09 / 12 / 2020
Yerevanda bank direktorunun avtomobili partladıldı

Yerevanda "Armekonombank"ın icraçı direktorunun avtomobili partladılıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə dekabrın 9-da səhər saatlarında baş verib.

Hadisə zamanı direktor avtomobildə olsa da, xəsarət almayıb.

Qeyd olunur ki, partlayış direktor avtomobili işə saldıqdan və bir neçə metr irəlilədikdən sonra olub.

Polis hadisə ilə bağlı araşdırmalar aparır.

1news.az

Paylaş:
774

Son xəbərlər

Bütün xəbərlər