Dünyada koronavirusa yoluxanların sayı 546 mindən çox artıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 546 mindən çox artıb

09:52 - 10 / 12 / 2020
Dünyada koronavirusa yoluxanların sayı 546 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 546 mindən çox artıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 546 703 nəfər yeni koronavirusa yoluxub, 10 132 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 67 780 361, ölənlərin isə 1 551 214 nəfərə çatıb.

Bildirilir ki, son sutkada ən çox yoluxma halları Şimali və Cənubi Amerikada (238 792), Avropada (221 551) və Cənubi-Şərqi Asiyada (43 803) qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
 
1news.az
Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər