Dünyada koronavirusa yoluxanların sayı 75 milyonu keçib | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 75 milyonu keçib

14:37 - 19 / 12 / 2020
Dünyada koronavirusa yoluxanların sayı 75 milyonu keçib

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 75 milyon nəfəri ötüb.

1news.az xəbər verir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 75 084 964 nəfərə çatıb. Onlardan 1 665 008 nəfəri ölüb, 42 464 023 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (17 214 177), Hindistanda (9 979 447) və Braziliyada (7 110 434) qeydə alınıb.

1news.az

Paylaş:
595

Son xəbərlər

Bütün xəbərlər