Dünyada koronavirusa yoluxanların sayı 662 mindən çox artıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 662 mindən çox artıb

09:28 - 25 / 12 / 2020
Dünyada koronavirusa yoluxanların sayı 662 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 662 mindən çox artıb.

1news.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 662 825 nəfər yeni koronavirusa yoluxub, 13 061 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 77 530 799, ölənlərin isə 1 724 9048 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər