FİFA iki dünya çempionatını ləğv etdi
2021-ci ildə 17 və 20 yaşadək futbolçular arasında keçirilməli olan dünya çempionatları baş tutmayacaq.
1news.az qol.az-a istinadən xəbər verir ki, bu barədə FİFA-nın saytı məlumat yayıb. Bu qərarı dünyanın ali futbol qurumu koronavirus səbəbindən verib.
Turnirlər müvafiq olaraq, Peru və İndoneziyada keçirilməli idi. Yeni qərara əsasən, hər iki ölkə əvvəlcədən planlaşdırılan dünya çempionatlarına 2023-cü ildə ev sahibliyi edə biləcəklər.
Qeyd edək ki, U-17 yığmaları arasında son çempion Braziliyadır. Ukrayna isə U-20-də son çempiondur.
1news.az
662