Çavuşoğlu: “Sabah Soçidə Lavrovla Dağlıq Qarabağı da müzakirə edəcəyik” | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlu: “Sabah Soçidə Lavrovla Dağlıq Qarabağı da müzakirə edəcəyik”

17:14 - 28 / 12 / 2020
Çavuşoğlu: “Sabah Soçidə Lavrovla Dağlıq Qarabağı da müzakirə edəcəyik”

“Sabah Soçidə rusiyalı həmkarım Sergey Lavrovla görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəyik”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu kosovalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yaradılmasına dair memorandumun imzalandığını xatırladan nazir bildirib ki, Birgə Mərkəzin vəzifəsi və fəaliyyəti də müzakirə olunacaq.

Türkiyə XİN başçısının sözlərinə görə, Cənubi Qafqazda atəşkəs, sabitlik və davamlı sülh BMT, ATƏT-in müvafiq qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır.

M.Çavuşoğlu qeyd edib ki, regional məsələlərdə, o cümlədən Suriya və Liviyada fərqli mövqelərdə olsalar da Rusiya ilə əməkdaşlıqları davam edir.

1news.az

Paylaş:
468

Son xəbərlər

Bütün xəbərlər