Ölümdən dönmək: Vətən müharibəsi qəhrəmanı Cəbrayıl İsmayılovun döyüş hekayəsi – FOTO | 1news.az | Xəbərlər
Futbol

Ölümdən dönmək: Vətən müharibəsi qəhrəmanı Cəbrayıl İsmayılovun döyüş hekayəsi – FOTO

11:44 - 08 / 01 / 2021
Ölümdən dönmək: Vətən müharibəsi qəhrəmanı Cəbrayıl İsmayılovun döyüş hekayəsi – FOTO

Əvvəllər Cəbrayıl İsmayılov haqqında bir neçə dəfə ölkənin ən böyük həvəskar futbol liqası MFL kontekstində yazmışdıq.

Demək olar ki, o, bütün MFL turnirlərinin iştirakçısı, ən yaxşı bombardirlərindən biri, liqanın ulduzudur. Ermənistan-Azərbaycan sərhədində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatından – iyul hadisələrindən sonra Cəbrayıl da minlərlə gənc kimi könüllü kimi qeydiyyatdan keçdi.

Bundan əlavə, Cəbrayılın özünün də dediyi kimi, cəbhə bölgəsinə göndərilmək üçün dörd dəfə rayon Hərbi Komissarlığına müraciət edir. 21 sentyabrda o, təlim düşərgəsinə çağırılır.

“27 sentyabr tarixində səhər tezdən bölmənin hər yerində həyəcan siqnalı verildi. Cəld yığışdıq və bizi Füzuli istiqamətinə apardılar” - deyə Cəbrayıl İsmayılov 1news.az-a verdiyi müsahibəsində bildirib.

İrəliyə baxaraq qeyd edək ki, müharibə bitdikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Cəbrayıl İsmayılov “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Müharibə dövründə ən böyük şoku onun ailəsi yaşayıb, oktyabrın əvvəllərində xəstəxanaya gətirilən yaralılardan birinin səhvindən Cəbrayılın şəhid olduğu xəbəri onlara çatır. “Döyüşlər gedirdi. Füzuli istiqamətində əlçatmaz yerdə idik. Və düz üç gün ərzində komandanlıqla və heç kimlə əlaqəmiz yox idi. Qruplara bölündük və fərqli mövqelərdə idik. Başqa mövqedə olan yaralı əsgərlərdən biri bizim qrupun irəlidə olduğunu və bizim minada partladıldığımızı, heç kimin sağ qalmadığını bildirib. Bu xəbər ailəmə və dostlarıma çatdı.

Həmçinin həmin vaxt Cəbrayıl Dövlətzadə şəhid olmuşdu. Adaş olduğumuz üçün bir çoxu adı eşidərək mənim şəhid olduğumu düşünürdülər. Bizimlə əlaqə yox idi və bu barədə heç bir şey belə bilmirdim. Üç gün sonra mövqedən endik, həmişəki kimi qardaşıma zəng etdim. Və mənə deyir ki, bu, mən ola bilmərəm, çünki onlara şəhid olduğumu söyləyiblər. Tanışlarım, dostlarım şəkillərimi paylaşmağa başladılar. Allaha şükür, sağam və evə qayıtdım.

Qələbə qazanmaq üçün hər birimiz müharibənin inanılmaz çətinliklərinin öhdəsindən gəldik. Minlərlə şəhid və yaralılarımız var. Allaha şükür, Vətən müharibəsində qələbə qazandıq”.

Cəbrayıl müharibənin ilk günlərinin çox ağır olduğunu qeyd etdi:

“Bizi təlim düşərgəsinə çağırdıqda, müharibənin tezliklə başlayacağını düşünmürdük. Ancaq 27 sentyabrda əks-hücum başladı. Müharibə bölgəsinə gətirilən anımıza qədər inanmaq çətin idi. Yaxınlaşdıqda minaatanların, qumbaraatanların səsləri eşidildi, gurultu gəldi. Sonra hamı müharibənin başladığını başa düşdü.

İlk iki gün ağır keçdi. Nəyin və necə olacağını bilmirdik. Ətrafda davamlı olaraq minaatanlardan atəş edilirdi. Onlardan başqa heç bir şey eşidilmədi. Ancaq tədricən öyrəşdik. Bəli, çətin idi. Düzəngahlıq ərazidə idik, yağış yağırdı, ətrafda palçıq var idi. Ancaq biz irəliləyirdik. Geriyə dönmək fikri belə yox idi. Hər gün hava şəraitindən asılı olmayaraq onlarla kilometr piyada gəzirdik.

7 oktyabrda Füzuli istiqamətində mühasirəyə düşdük. Mən uzaqməsafəli kəşfiyyatçıyam. Yəni mənim vəzifəm düşməni aşkarlamaq, ona olan məsafəni təyin etmək, koordinatları ötürmək idi. Erməni tanklarının bizim istiqamətə doğru getdiyini gördüm və bu barədə komandanlığa məlumat verdim. Ancaq o anda əsgərlərimizin erməni tanklarını ələ keçirib qənimət kimi götürdükləri barədə məlumatlar var idi. Buna görə də onlara atəş açmadıq. Onların ermənilər olduğu məlum oldu. Hətta bizi çaşdırmaq üçün bayrağımızı da asdılar.

Bizə atəş açdılar, kömək gələnə qədər geri çəkilməli olduq. Kömək gözləyərkən bizə yalnız dua və  kəlmeyi-şəhadət etmək qaldı. Hər tərəfdə düşmən var idi. Və biz 30-40 nəfər idik. Ancaq hamı başa düşdü ki, bu müharibədir və torpaqlarımızı canımız bahasına olsa da, azad etmək üçün buradayıq.

Düzü, müharibə zamanı düşmənə əsir düşə biləcəyimi düşünmürdüm. Mən bu cür düşüncəni ağlıma da gətirmirdim. Həmişə bir gülləni ehtiyatda saxladım və özümlə qumbara gəzdirirdim ki, əgər çıxış yolu olmayan bir vəziyyətə düşsəm, düşmənlə birlikdə özümü partladım.

Müharibədə insan həyatda qalmağı öyrənir. 10-15 gündən sonra özümüzü minaatanlardan necə qorumağı, hansı anda yerə uzanmaq, nəyi necə etməyi və s. bilirdik”.

Cəbrayıl İsmayılova görə ən çətin an Qırmızı Bazara daxil olanda olub:

“Təpələrdən birində bir mövqe seçdik. Saat 2 radələrində idi. Silah yoldaşımla postdaydıq. Növbəti yamacda bir düşmən var idi. O anda topçularımız düşmənin silah anbarına dəqiq bir zərbə endirdi, bundan sonra partlayışlar oradan yayılmağa başladı. Bu uğultunun nə olduğunu sözlə çatdırmaq mümkün deyil. Heç bir şey eşitmədim, gözlərim qaraldı. O anda düşmən “Qrad”dan bizə atəş etməyə başladı. Bizdən bir neçə metr aralıda iki mərmi düşdü. Onlardan biri partladı, digəri partlamadı. Bəxtimiz gətirdi ki, dağıntılar bizə dəymədi. O zaman həqiqətən təhlükəli idi və ölə bilərdik. Bu, 3-4 noyabrda oldu, o zaman müharibənin tezliklə bitəcəyini bilmirdik. 

Müharibənin bitdiyini və Azərbaycan Ordusunun tam qələbəsi elan edildikdə mən xəstəxanadaydım. Ayağımda problem vardı. O anda qələbəni sakit qarşıladıq. Ancaq sonra insanların sevincini gördükdə bu hadisənin nə qədər əhəmiyyətli olduğunu anladım” – dedi.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
2174

Sizin üçün xəbərlər

Son xəbərlər

Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17
Bütün xəbərlər