“Qarabağ” – “Ferentsvaroş” oyununu fransız hakim idarə edəcək | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” – “Ferentsvaroş” oyununu fransız hakim idarə edəcək

Qafar Ağayev14:07 - Bu gün
“Qarabağ” – “Ferentsvaroş” oyununu fransız hakim idarə edəcək

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununun hakimləri bəlli olub.

1news.az xəbər verir ki, Bakıda keçiriləcək cavab görüşünü Fransadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmada baş hakim Kleman Tyurpenə Nikolya Danos və Aleksis Auqer kömək edəcəklər.

Romen Lissorq isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ferensvaroş” görüşü saat 20:45-də başlayacaq.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər